ABŞ kəşfiyyatı "Rusiyanın haker hücumunun arxasında duranları müəyyən edib"

Composite image of Donald Trump and James Clapper Fotonun müəllifi Getty Images/AP
Image caption ABŞ kəşfiyyatının rəsmiləri cümə axşamı günü cənab Trump-a hücumlar barədə məlumatlar verib

ABŞ-da noyabr ayında Donald Trump-ın qalib gəldiyi prezident seçkisinə iddia olunan haker hücumunun arxasındakı Rusiya agentlərinin müəyyən edildiyi xəbər verilir.

Adları çəkilməyən agentlərin seçkini Trump-ın xeyrinə dəyişmək məqsədilə Demokratik Partiyadan oğurlanmış elektron məktubları WikiLeaks saytına göndərdikləri iddia olunur.

Rusiya seçkiyə müdaxilə etdiyini, WikiLeaks-in qurucusu Julian Assange isə informasiyanı Moskvadan aldığını inkar edirlər.

ABŞ kəşfiyyatı Rusiyanın müdaxiləsinə şübhə etdiyini bildirən Trump-ı az sonra tapıntılar barədə məlumatlandıracaq.

ABŞ-da bir çox rəsmilər, o cümlədən vitse-prezident Joe Biden Trump-ı kəşfiyyat orqanlarına şübhə ifadə etdiyinə görə tənqid edirlər.

CNN, Washington Post və NBC News bildirirlər ki, ABŞ kəşfiyyatının ələ keçirdiyi yazışmalarda Rusiya hökumət rəsmiləri Trump-ın qələbəsini bayram ediblər.

Kəşfiyyat həmçinin Demokratik Partiyadan oğurlanmış e-maillərin Wikileaks saytına ötürülməsində aralıq mərhələdə olanları aşkar ediblər.

Kəşfiyyat hesabatının məxfi olmayan variantı ictimaiyyətə gələn həftə açıqlanacaq.

Fotonun müəllifi Reuters
Image caption Hillary Clintonun kampaniyasının meneceri John Podesta hücumların hədəfi olub

Cənab Trump nə deyir?

Cənab Trump dəfələrlə Rusiya hökümətinin hücumların arxasında olduğuna dair iddiaları inkar edib.

O ötən həftə haker hücumu barədə məlumatları açıqlayacağını deyib.

Onun inaqurasiyası yanvarın 20-də baş tutacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş