Səudiyyə qadın hüquqları videosu populyarlıq qazanıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Video Səudiyyə Ərəbistanda qadınları diyircəkli taxta sürərməsini, basketbol oynarmasını və rəqs etməsini göstərir

Səudiyyə Ərəbistanda qadınların repressiyasına diqqəti cəlb edən pop musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.

"Hwages" (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürərməsini, basketbol oynarmasını və rəqs etməsini göstərir.

8ies media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu 3 milyondan çox insan izləyib.

Tam müsəlman geyimində qadınları müxtəlif əyləncə növləri ilə məşğul olduğunu göstərən videonun mahnısına "təki Allah bizi kişilərdən xilas etsin" sözləri də daxildir.

Fotonun müəllifi 8ies

Görünür ki, video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.

Youtube-da istifadəçilərin biri yazıb ki, "inanılmaz videodur!! Səs pisdir və məzmunu ondanda betər... Təssəvür edin ki, qızlar (avtomobil) sürürlər və kişilər belə geyinib rəqs edirlər. Allah bizi qorusun."

Başqası isə yazıb: "Video klip gözəldir. Komediya ilə qızların məruz qaldıqları repressiyanın bir aspektini göstərir."

Üçüncü bir istifadəçi isə yazıb: "Xarici qəzetlər bu (video) barədə yazırlar. Yaradıcı insanlar - dünyaya göstərin ki, Səudiyyə Ərəbistanda incəsənəti qiymətləndirməyə qadir olan istedadkl insanlar var. Bura təkcə dini polis, mollalar, İD (özünü İslam Dövləti adlandıran qruplaşma) üzvləri və gerilikdən ibarət deyil."

Fotonun müəllifi 8ies

Bu məqaləni Andree Massiah, UGC və Social News (Sosial Xəbər) komandası yazıb

Bu barədə daha geniş