Suriyanın Azəz sərhəd şəhərində hücumda azı 43 nəfər ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Partlayış Azəzdə qorxu və vahimə yaradıb

Suriyada qiyamçıların nəzarəti altında olan Azəz şəhərində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində azı 43 nəfər həlak olub, media mənbələri bildirirlər.

Partlayış Türkiyə ilə sərhəddən 7 kilometr uzaqlıqda yerləşən şəhərin məhkəmə binasının yanında baş verib.

Son vaxtlar Azəz özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən hədəflənib.

Hücum Suriyada Türkiyə və Rusiyanın təşəbbüsü ilə əldə edilən atəşkəsin qüvvəyə minməsindən sonra ən şiddətli toqquşmadır. İD atəşkəs razılaşmasına daxil deyil.

Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə, həlak olanlar arasında 6 qiyamçı döyüşçü var. Başqalarının dinc əhalidən olduğu deyilir.

Fotonun müəllifi STRINGER/AFP/Getty Images

Şənbə günü baş vermiş hücumun arxasında kimin olduğu hələ aydın deyil.

İD ilk dəfə 2013-cü ildə nəzarəti altında olan şəhəri dəfələrlə yenidən ələ keçirməyə cəhd edib.

Şəhər qiyamçı Azad Suriya Ordusunun əsas dayaqlarından biridir.

Ətraf ərazilərdən minlərlə məcburi köçkün Azəz şəhərində məskunlaşıb.

Onların arasında keçən ilin axırı hökumət qüvvələri tərəfindən ələ keçirilən Hələb şəhərindən də köçkünlər var.

Bu barədə daha geniş