Şəkillərdə: Azərbaycan pravoslavları Milad gününü qeyd edir

Pravoslav xristianları yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mövlud gününü qeyd edib.

Azərbaycandakı Pravoslav icması da hər il olduğu kimi 2017-ci ildə Milad gününü (Rojdestvo) kilsədə təntənə ilə keçirib. Jen Mironosits kilsəsindən fotoreportajı Gülər Abbasova təqdim edir.

Fotonun müəllifi Gülər Abbasova

Mərasim Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinin gəlişi ilə başlayıb.

Fotonun müəllifi Gülər Abbasova

Pravoslav adətinə görə Milad öncəsi 28 noyabrdan 6 yanvara kimi 40 günlük oruc tutulur.

Fotonun müəllifi Gülər Abbasova

Orucluğun sonuncu günü, yanvarın 6-dan 7-nə keçən gün Milad gecəsi qeyd olunur.

Fotonun müəllifi Gülər Abbasova

Bu gecə ibadət səmada ilk ulduz görünəndə başlayır.

Fotonun müəllifi Gülər Abbasova
Fotonun müəllifi Gülər Abbasova

Ziyarətçilər kilsədə İsa Məsihə, Məryəm Anaya və digər müqəddəslərə dualar edir, şam yandırırlar.

Fotonun müəllifi Gülər Abbasova
Fotonun müəllifi Gülər Abbasova

Yepiskop Aleksandr ziyarətçilərin alınlarına "İsa Məsihin suyu"ndan çəkib, xeyir-dua verir.

Fotonun müəllifi Gülər Abbasova

Mərasimə Müqəddəs Məryəm Kilsəsinin baş keşişi Vladimir Fekete də qatılıb.

Fotonun müəllifi Gülər Abbasova

Milad gecəsi ibadət səhər saatlarına kimi davam edir.

Fotonun müəllifi Gülər Abbasova

Bu barədə daha geniş