ABŞ seçkisinə haker müdaxiləsi: Putin Trump-a “kömək etməyə çalışıb”

Donald Trump yanvarın 6-sı New York-da keçirdiyi görüşlərdən sonra Fotonun müəllifi AFP

ABŞ kəşfiyyatının hesabatında deyilir ki, Rusiya prezidenti Vladimir Putin Donald Trump-ın prezident seçkisində qalib gəlməsi üçün kömək etməyə çalışıb.

Məxfiliyi açılmış hesabatda deyilir ki, Rusiya lideri seçkini təsirləndirmək məqsədilə aparılan kampaniyaya "əmr" verib.

Moskva hələlik reaksiya verməyib, lakin Rusiya əvvəllər bu iddiaları rədd edib.

Cənab Trump kəşfiyyatın tapıntıları ilə tanış edildikdən sonra, Rusiyanı müdaxiləyə görə tənqid etməyib, lakin bildirib ki, müdaxilə seçkinin nəticəsini təsirləndirməyib.

Bunun ardınca cənab Trump Demokratik Partiyanın Milli Komitəsini haker müdaxiləsinə "imkan verdiyinə" görə səhlənkaralıqda günahlandırıb.

Bu hesabatın ardınca ABŞ-ın Daxili Təhlükəszilik Nazirliyi bidlirib ki, bundan sonra seçki maşınları və başqa seçki məlumat bankları "mühüm infrastruktur" kimi təsnif ediləcək və bu avadanlıq kiberhücumlardan daha etibarlı qorunacaq.

25 səhifəlik hesabatda deyilir ki, Kreml "aşkar şəkildə" Trump-ın qələbəsini istəyib.

Sənəddə bildirlir ki, Rusiyanın məqsədləri ABŞ-ın demokratik prosesinə "ictimai inamı sarsıtmaq" və Trump-ın demokrat rəqibi Hillary Clinton-u "qaralayaraq" onun seçilməsinə və potensial prezidentliyinə ziyan vurmaq olub.

"Bizim təhlilimizə görə Rusiya prezidenti Vladimri Putin 2016-cı ildə ABŞ prezident seçkisini təsirləndirmək məqsədilə kampaniyanın aparılmasını əmr edib" - deyilir hesabatda.

Sənədin məxfiliyi açılmış versiyasında cənab Putinin iddia edilən rolu barədə təfərrüatlı dəlillər yoxdur, lakin bildirilir ki, Rusiyanın hərəkətləri aşağıdakılardan ibarət olub:

  • Milli Demokratik Komitənin və vəzifəli demokratların email hesablarına haker müdaxiləsi;
  • WikiLeaks, DCLeaks.com və Guccifer 2.0 persona kimi araçılardan hakerlərdən əldə olunmuş informasiyanın açıqlanması üçün istifadə edilməsi;
  • Dövlət tərəfindən maliyyələşdirilən təbliğatdan istifadə və sosial media istifadəçilərinə və "trollara" xoşagəlməz kommentlərə görə pul ödənməsi
Fotonun müəllifi AP

Hesabatda qeyd olunduğuna əsasən cənab Putin cənab Trump-ı ona görə xoşlayıb ki, o Rusiya və Rusiya lideri ilə işləyəcəyini vəd edib.

Bu da qeyd olunur ki, Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi və Almaniyanın keçmiş kansleri Gerhard Schroeder kimi Rusiyada biznes maraqları olan Qərb siyasi liderləri ilə "müsbət iş təcrübəsinə" malikdir.

Bunun tam əksi olaraq cənab Putin xanım Clinton-u 2011 və 2012-ci ildə Rusiyada baş vermis antihökumət etirazlarını qızışdırmaqda ittiham edirdi, hesabatda deyilir.

Bu da qeyd olunur ki, haker müdaxiləsində iştirak etmiş Rusiya agentlərinin adları ABŞ hakimiyyət orqanlarına məlumdur, lakin açıqlanmır.

Məxfiliyi açılmış hesabat prezident Barack Obamaya təqdim edilmiş daha geniş və tamamilə məxfi hesabatın qısa versiyasıdır.

Bu barədə daha geniş