Avropanı və hətta Yunanıstan adalarını qar bürüyüb

7 yanvar 2017 - Yunanıstanın Argos adasında qar Fotonun müəllifi EPA
Image caption Yunanıstanın Argos adasına qar yağıb

Avropa boyu soyuq hava nəticəsində azı 20 nəfər ölüb. İsti iqlimlərinə görə tanınan yunan adalarına, İtaliyanın cənubuna da qar yağıb.

İtaliyada gəmilər və uçuşlar ləğv olunub, cənubdakı məktəblərin bazar ertəsi günü bağlı qalacağı gözlənilir.

İstanbulda güclü qara görə Türkiyədə Bosfor boğazında nəqliyyat dayanıb.

Polşada soyuğa görə azı 10 nəfər vəfat edib. Moskvada isə gecə saatlarında 30 dərəcə şaxta qeydə alınıb.

Yunanıstanın şimalında 15 dərəcə şaxta qeydə alınıb - ötən həftə burada əfqan miqrant soyuğa görə ölmüşdü.

Yanvar ayında adətən 7-13 dərəcə isti görən Afinada 0 dərəcə olub, bir sıra adanı qar bürüyüb.

Bəzi yunan adalarında minlərlə miqrant yaşayır deyə hazırda çoxu müvəqqəti yaşayış yerlərinə və ya isidilmiş çadırlara köçürülür.

Fotonun müəllifi EPA
Image caption Lesbos adasında yerləşən miqrant düşərgəsi

İtaliyada 7 adamın ölümü soyuq hava ilə əlaqələndirilir. Onlardan 5-i küçələrdə yaşayırdı.

Ölkənin bir neçə şəhərində aeroportlar bağlı qalıb.

Fotonun müəllifi EPA
Image caption Moskvada turistlər

Çex Respublikasının paytaxtı Praqada üç adam vəfat edib, onlardan 2-si evsiz idi.

Bolqarıstandan gələn məlumatlara əsasən 2 iraqlı miqrant ölkənin cənub-şərqindəki meşədə ölü tapılıb.

Avropada soyuq havanın bazar günü də davam edəcəyi gözlənilir.

Fotonun müəllifi AP
Image caption Polşada 14 dərəcə şaxtadır

Bu barədə daha geniş