Yerusəlimdə yük maşını hücumu nəticəsində əsgərlər yaralanıb

Yük maşınının şüşələrinə güllələr dəyib Fotonun müəllifi AFP
Image caption Məlumatlara görə, hadisə yerindəki əsgərlərdən bəziləri hücumçunu güllələyərək öldürüb

Yerusəlim şəhərində polis terrorçuluqda şübhəli bilinən şəxs yük maşınını əsgərlərin üstünə sürərək 4 adamı öldürüb, İsrail polisi deyir.

Həkimlərə əsasən 3 qadın və bir kişi həlak olub, 15 nəfər yaralanıb.

"Bu, terror hücumu idi", polis sözçüsü İsrael Radio-ya deyib.

İsrail televiziyası və radiosunda yayılan məlumatlara əsasən hadisə yerindəki əsgərlərdən bəziləri hücumçunu güllələyərək öldürüb.

Hücum Yerusəlimin Köhnə Şəhəri tərəfindəki populyar bulvarda baş verib. Ərəblər bu şəhəri Qüds adlandırır.

Hadisədən bir neçə həftə öncə Berlində baş verən yük maşını hücumu nəticəsində 12 nəfər həlak olmuşdu.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters
Image caption İsrail əsgərləri hadisə yerini tərk etməyə hazırlaşır
Fotonun müəllifi AFP
Image caption Hücum Yerusəlimin Köhnə Şəhəri tərəfindəki bulvarda baş verib

Bu barədə daha geniş