Bəşər Əsəd: "Qələbə yolundayıq"

Bəşər Əsəd Fotonun müəllifi AFP
Image caption Əsədin sözlərinə görə, üsyançıların həlledici məğlubiyyət anı Hələb müharibəsi zamanı olub

Suriya prezidenti Bəşər Əsəd Fransanın kütləvi informasiya vasitələrinə deyib ki, ona loyal qüvvələr "qələbə yolundadır".

Dəməşqdə RTL kanalına müsahibə verən Əsədin sözlərinə görə, üsyançıların həlledici məğlubiyyət anı Hələb müharibəsi zamanı olub.

Lakin Suriya prezidenti hesab edir ki, şəhərin hökumət qoşunlarının nəzarəti altına keçməsini hələ son qələbə kimi qiymətləndirmək olmaz.

"Qələbə bütün terrorçuların məhv edildiyi an olacaq", - Bəşər Əsəd əlavə edib.

Dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olan Hələbin bombalanması barədə danışan Suriya prezidenti qeyd edib ki, "xalqın azadlığının qiyməti belədir".

Bəşər Əsədin tam müsahibəsi bazar ertəsi France Info, LCP və RTL telekanallarında yayımlanacaq.

Bu barədə daha geniş