Venesuela minimum əmək haqqını və pensiyaları 50% artıracaq

Prezident Nikolas Maduro yeni layhiəni hətəlik televiziya proqraminda bəyan edib Fotonun müəllifi EPA/MIRAFLORES
Image caption Cənab Maduro yeni layhiəni hətəlik televiziya proqraminda bəyan edib

Venesuela hökuməti sürətlə yüksələn inflyasiya ilə mübarizə etmək üçün minimum əmmək haqqını və pensiyaları 50% artıracağını bəyan edib.

Prezident Nicolas Maduro bu layihənin iş yerlərini və insanların gəlirlərini qoruyacağını deyib. Tənqidçilər isə bu artımların vəziyyəti pisləşdirə biləcəyini deyirlər.

Müxalifət cənab Maduronu neftlə zəngin ölkənin iqitasiyyatını pis idarə etməkdə günahlandırır. Lakin o, siyasi rəqiblərinin və pisniyyətli biznesmenlərin ona qarşı yönəltdiyi iqtisadi müharibə ilə üzləşdiyini deyir.

Beynəlxalq Valyuta Fondu bu il Venesuelada inflyasiyanın 1600 faiz təşkil edəcəyini deyib.

Cənab Maduro minimum aylıq əmək haqqını 40 min bolivara qaldırdığını bəyan edib. 40 min bolivarın dəyəri isə rəsmi məzənnə ilə təxminən 60 ABŞ dolları, qara bazarda isə 12 dollardır.

Artım bir illik dövrün beşincisidir. Cənab Maduro artımın dövlət sektoru işçilərinə, hərbi qüvvələrə və təqaüdçülərin xeyrinə olacağını deyib.

"İqtisadi müharibə və mafiya hücumları zamanı...biz məşğulluqu və işçilərin gəlirini qorumalıyıq", cənab Maduro həftəlik televiziya və radio proqramında deyib.

Fotonun müəllifi Reuters
Image caption Qida çatışmazlığına görə insanlar yemək almaq üçün növbələrdə gözləməyə məcburdurlar

Dünyanın ən yüksək inflyasiya dərəcəsinə malik olan Venesuelada bolivarın (yerli valyuta) dəyəri kəskinliklə düşüb.

Ölkənin əsas ixrac malı neftin aşağı qiyməti ona böyük təsir göstərib. Venesuela həmçinin qida, dərman və əsas malların çatışmazlığı ilə üzləşib.

Onun rəqibləri böhranın arxasında prezidentin qabiliyyətsizliyi və 17 il uğursuz sosialist siyasətinin olduğunu deyirlər. Onlar sələfi Hugo Chavezin ölümündən sonra 2013-cü ildə 6 illik müddətə prezident seçilən cənab Maduronun vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.

Lakin prezident ictimati elitanı öz siyasi hədəflərinə qovuşmaq üçün ölkənin iqtisadiyyatına zərər vurmaqla ittiham edir.

Venensuelanın əsas biznes assosiasiyası əmək haqlarının artımı barədə bəyanatın onlarla əvvəldən müzakirə edilmədiyini və bunun işçilərin ixtisarı ilə nəticələnə biləcəyini deyib.

Müxalifətçi millət vəkili Jose Guerra əmək haqqlarının artımını maliyələşdirmək üçün mərkəzi bankın dövriyyəyə yeni pullar buraxmağa məcbur olacağını deyib, və siyasətçinin fikrincə, bu inflyasiyanın daha kəskin artımına səbəb olar bilər.

Bu barədə daha geniş