Təyyarədə tapılan ilan uçuşu təxirə salıb

İlan Fotonun müəllifi Getty Images
Image caption Təyyarədəki ilanın fotosu yoxdur

Emirates hava şirkətinə məxsus təyyarədə tapılan ilana görə Omandan Dubaya uçuş təxirə salınıb.

Baqaj işçiləri ilanı təyyarənin karqo hissəsində aşkar ediblər.

Hava yollarının sözçüsü yerli mediaya bildirib ki, ilan müştərilərin təyyarəyə minməsindən öncə tapılıb.

İlana görə təyyarə yerə bir neçə saat gecenməli olub.

Emirates ilanın növü və ya onun təhlükəli olub-olmaması barədə açıqlama verməyib.

Lakin bu ilk dəfə deyil ki, ilan təyyarədə pulsuz səyahət etmək istəyir.

Noyabr ayında Meksikadakı yerli hava şirkətinin sərnişinləri bir metr uzunluğunda ilanın başlarının üzərindən yerə düşməsinə görə təşviş içində olublar.

2012-ci ildə isə heyvan mühafizəçiləri Meksikadan təyyarə ilə Şotlandiyaya uçmuş ilanı xilas ediblər.

Bu barədə daha geniş