Rus konsulu Andrey Malanin-in Afinada meyiti tapılıb

Fotonun müəllifi Reuters
Image caption Rusiya rəsmiləri konsulun ölümünü təsdiqləyib

Yunanıstanda Rusiya səfirliyinin konsul şöbəsinin rəhbərinin Afinadakı mənzilində meyiti tapılıb, polis deyir.

İlkin məlumata görə, 55 yaşlı Andrey Malanin təbii səbəblərdən dünyasını, amma polis bildirib ki, onlar hadisəni araşdırır.

Yunan mətbuatı cənab Malanin-in bazar ertəsi işi üzrə məlumat verməyib və telefon zənglərini cavablandırmayıb. O, etibarlı qorunan küçədə tək yaşayıb.

Rusiya rəsmiləri konsulun ölümünü təsdiqləyib.

Proto Tema saytı bildirib ki, Malanin-in həmkarları polis müşayiəti ilə onu yoxlamaq üçün evə gəlib və qapının içəridən bağlı olduğu aşkar edilib.

O, öz yataq otağında döşəmənin üstündə uzanılı halda tapılıb. Polis bildirib ki, meyit üzərində görünən zədə olmayıb və evə məcburi daxil olmanın əlamətləri aşkarlanmayıb.

Bir müddət əvvəl qonşu Türkiyədəki Rusiya səfiri Andrey Karlov Suriyanın Hələb şəhərinin bombalanmasında Rusiyanın iştirakına etiraz əlaməti olaraq qətlə yetirilib.

Bu barədə daha geniş