FIFA dünya çempionatında iştirakçı komandaların sayını 48-ə qaldırıb

Futbol topu Fotonun müəllifi Reuters

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatından başlayaraq iştirakçı komandaların sayının 32-dən 48-ə qaldırılması barədə yekdilliklə qərar qəbul edib.

FİFA-nın rəsmi twitter səhifəsində verilən məlumata görə turnir iştirakçıları 16 qrupa bölünəcək və hər qrupda 3 komanda olacaq. Dünya çempionatı çərçivəsində keçirilən oyunların sayı 64-dən 80-ə yüksələcək. Turnir 32 gün davam edəcək.

FİFA-nın hesablamalarına əsasən yeni qərar hər turnirə görə 20% (6,5 milyard dollar) artıq gəlirin əldə olunmasına imkan yaradacaq və bu da çempionatın gəlirinin artmasına köməklik edəcək.

FİFA prezidenti Gianni İnfantino hələ ötən ilin payızında dünya çempionatında iştirak edən komandaların sayının artırılması planları barədə məlumat vermişdi.

"Bu komandalar üçün ağır olmayacaq. Təqvimdə hecbir dəyişiklik olmayacağına görə bu klublara da mənfi təsir göstərməyəcək. Əksinə bu futbolun inkişafına böyük təsir göstərəcək. Çünki dünya birinciliyi uğrunda final mərhələsində bir neçə komanda iştirak edəcək ", - deyə İnfantino qeyd edib.

Hazırkı qaydalara görə dünya çempionatında beynəlxalq seçim turlarında uğurla çıxış edən 32 komanda çıxış edə bilər. Final mərhələsində isə komandalar hər birində 4 komanda olmaqla 8 qrupa bölünür.

Bu barədə daha geniş