Las-Vegasda 3 ekranlı təcrübəli laptop nümunəsi oğurlanıb

Razer şirkətinin 3 ekranlı iki təcrübəli oyun laptopu nümunəsi Fotonun müəllifi Razer
Image caption Razer şirkətinin 3 ekranlı iki təcrübəli oyun laptopu nümunəsi

Las-Vegasda CES Beynəxalq Elektrik İstehlak Sərgisində 3 ekranlı iki təcrübəli oyun laptopu nümunəsi oğurlanıb. Bu barədə Razer istehsalçı şirkəti məlumat verib.

Şirkət nümayəndəsi Min Liang Tan qarətçilərin tapılması üçün istənilən informasiyaya görə 25 min dollar mükafat veriləcəyini bəyan edib.

"Bizim komanda bu konsepsiya və dizayn üzərində aylarla çalışıb. Bu dələduzluqdur və biz dələduzluğu sevmirik. Bunu edən şəxs çox ağılsızdır ", - deyə Tan öz Facebook səhifəsində yazb.

Sərgi təşkilatçılarının BBC-yə verdiyi məlumata görə tədbirdə təhlükəsizlik tədbirləri güclü şəkildə təşkil olunub və bu qarət hamı üçün tam gözlənilməz olub.

Razer şirkəti iddia edir ki, Project Valerie-nin yeni laptopu dünyada daşınan kompyüter üzrə ilkdir.

Laptopun əlavə iki ekranı isə avtomatik mexanizm sayəsində hərəkət edir. Hər 3 ekranın ölçüsü 17 düymdür(43 sm).

Razer-in yeni layihəsi hələ satışa çıxarılmasa da artıq sosial şəbəkə istifadəçiləri tərəfindən təzadlı rəylər alıb.

Bəziləri bunu oyun sənayesində sıçrayış adlandırsa da, bəziləri 3 ekranlı laptopun ağır olaçağını və çoxlu enerji sərfiyyatına səbəb olaçağınl deyirlər.

Bəzi internet istifadəçiləri isə şirkətin qarəti məhsulu reklam məqsədilə uydurduğunu güman edirlər.

Bu barədə daha geniş