Sabiq BMT sədrinin qohumları rüşvətdə ittiham olunur

Ban Ki-moon Fotonun müəllifi Getty Images
Image caption BMT rəhbəri kimi cənab Ban beynəlxalq siyasət və diplomatik danışıqlarda əsas rol oynayıb

ABŞ prokurorluğu BMT-nin keçmiş Baş Katibi Ban Ki-moon-un qohumlarını dövlət məmuruna rüşvət verməkdə ittiham edib.

Cənab Banın kiçik qardaşı və qardaşı oğlu bir amerikalı vasitəçi ilə Orta Şərqdə bir məmura pul təklif etməkdə təqsirləndirilir.

Onlar öz bina layihələri üçün rəsmi bir məmura dövlət vəsaitində istifadə üçün rəsmi rüşvət verib.

Cənab Ban 2007-2016-cı illər ərzində BMT-nin baş katibi vəzifəsində çalışıb.

Bu ilin əvvəlindən onu Portuqaliyanın sabiq baş naziri Antonio Guterres əvəz edib. Cənab Ban hazırda öv vətəni Cənubi Koreyada gələcək prezident kimi görünür.

Reuters agentliyi onun sözçüsünə əsasən yazır ki, cənab Ban qohumlarının ittiham edildiyi şərtlərdən xəbərsizdir.

Fotonun müəllifi Getty Images
Image caption Federal sənədlərdə bu şəxslərin həmin ölkənin nümayəndələri ilə BMT illik baş assambleyasının iclası zamanı sövdələşmə üçün müzakirəyə cəhd etdiyi də deyilir.

Prokurorlar deyirlər ki, 2013-ci ilin əvvəlində Ban Ki-moon-un qardaşının icraçı rəhbər olduğu Cənubi Koreyanın Keangnam adlı inşaat firması artan borcla üzləşib və Vyetnamda Landmark 72 kimi tanınan binalar kompleksi satmaq istəyib.

Çərşənbə axşamı Manhattan məhkəməsinin ittiham aktında, o və onun Manhattan-da daşınmaz əmlak agenti işləyən oğlu Joo Hyan "Dennis" Bahn-ın 800 milyon dollar dəyəri olan satışdan milyonlarla dollar dəyərində xidmət haqqı almağı planlaşdırdıqları iddia edilib.

ABŞ rəsmiləri deyirlər ki, bu iki nəfər milyonlarla dollar rüşvət ödəyib və məşhur soyadlarından istifadə etməklə adı çəkilməyən Orta Şərq ölkəsində həmin ölkənin büdcəsindən istifadə etməklə həmin binanın satışını həyata keçirməyə cəhd edib.

Federal sənədlərdə bu şəxslərin həmin ölkənin nümayəndələri ilə BMT illik baş assambleyasının iclası zamanı sövdələşmə üçün müzakirəyə cəhd etdiyi də deyilir.

Özünü təqsirli hesab etməyən cənab Bahn zaminə buraxılıb.

Bu barədə daha geniş