Ukraynada elektrikin kəsilməsi "kiberhücum" olub

Ukraynada elektrik stansiyası Fotonun müəllifi Reuters
Image caption Ukraynada elektrik stansiyası

Kiyev şəhərinin bir bölgəsində elektrikin kəsilməsinin, hadisəni araşdıran tədqiqatçılar tərəfindən kiberhücüm nəticəsində baş verdiyi deyilir.

Elektrikin kəsilməsi 17 dekabrda gecə yarısından bir az əvvəl başlayıb və bir saatdan çox çəkib.

Kiber təhlükəsizlik şirkəti İnformation Systems Security Partners (İSSP) hadisəni 2015-ci ildə baş vermiş və 225 min nəfərə təsiri olan bənzər elektrik kəsilməsi insidentilə əlaqələndirib.

Şirkət həmçinin Ukraynada son zamanlar baş vermiş hücumların bir-biri ilə əlaqəsi olduğunu iddia edib.

Ukraynanın dövlət enerji şirkəti Ukrenergo 2016-cə ildə baş vermiş hadisədə, Kiyev istifadə etdiyi enerjinin beşdə birini itirdiyini deyib.

Fotonun müəllifi ISSP
Image caption İSSP tədqiqatçısı Oleksii Yasnskiy 2016 and 2015-ci illərin hücumlarının bənzər olduğu deyib

Hadisə, regional elektrik paylama şirkətinə bənzər, lakin daha geniş hücumdan düz bir il sonra baş verib. O zaman kiberhücumun arxasında Rusiyanın təhlükəsizlik xidmətlərinin olduğu iddia edilmişdi.

Rəsmən yeni hücumun arxasında heç bir dövlətin olduğu barədə iddialar yoxdur, lakin Ukrayna deyib ki, Rusiya 2016-ci ilin son aylarında onlara qarşı minlərlə kiberhücum yönəldib.

Oleksii Yasnskiy, İSSP labaratoriyasının rəhbəri deyib ki: "2016 və 2015-ci illərin hücumları çox fərqlənmir - tək fərq ondadır ki, 2016-cı ilin hücumları getdikcə mürəkkəbləşib və daha yaxşı idarə edilib."

Fotonun müəllifi Brendan Hoffman
Image caption Prezident Petro Poroshenko

O həmçinin əlavə edib ki, bu hücumda fərqli kriminal qruplar birlikdə işləyib və belə görünür ki, bir çox metodları dünyanın başqa yerlərində təxribat üçün sınaqdan keçiriblər.

Araşdırmada iştirak edən Honeywell Industrial Cyber Security Lab şirkətinin tədqiqatçısı Marina Krotofil deyib ki, "2016-cı ilin hücumunun təsirinin uzunmüddətli olması nəzərdə tutulmayıb."

"Onlar daha çox edə bilərdi, lakin aydındır ki, onların niyyəti bu deyildi. Bu daha çox onların qabiliyyətinin nümayişi idi", o texnologiya xəbərləri saytı Motherboard-a deyib.

'Terrorhərəkətləri'

Dekabr ayında Ukrayna prezidenti Petro Poroşenko 2016-cı ilin son iki ayında dövlət qurumlarının hakerlər tərəfindən 6500 hücuma məruz qaldığını deyib.

O deyib ki, bu hadisələr Rusiyanın ona qarşı kiber-müharibə apardığını göstərir.

"Mühüm infrastruktur müəssisələrinə qarşı terror hərəkətləri və təxribatlar bu gün hələ də mümkündür", cənab Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bəyan edib.

"Bir çox hadisənin araşdırılması Rusiya təhkükəsizlik xidmətlərinin birbaşa və ya bilvasitə iştirakınını göstərib", o əlavə edib.

Bu barədə daha geniş