Şəkillərdə: Almaz izində olan kişilərdən biri

Three men sift through mud with circular sieves Fotonun müəllifi Olivia Acland

11 illik vətəndaş müharibəsi ərzində Sierra Leone, qan almazı ilə məşhurlaşıb.

Ölkənin şimalındakı almazla zəngin ərazilər uğrunda savaşan üsyançı və hakimiyyət qrupları, onları beynəlxalq alıcılara satmaqla özlərini maliyyələşdirirdilər.

Konflikt bitdikdən on dörd il sonra, şimal əyaləti Konoda hələ də almaz mədən əməliyyatları davam edir.

Şimali Afrika şirkəti olan Koidu Holdings, inkişaf etmiş avadanlıqdan istifadə edərək kimberlit qatını partladır və yerin dərinliyində yerləşən almazla zəngin yataqları aşkarlayır.

Yaxınlıqdakı çay sahili boyunca mədənçilər, ələk, bel və vedrələrlə silahlanmış şəkildə gözləyirlər.

Bu mədənçilərdən biri Philo, Konoda 23 ildir ki, işləyir. O, münaqişələr əsnasında Qvineyada qaçqın kimi yaşamağa məcbur olubmuş.

2000-ci ilin dekabrında səngiyən döyüşlərdən sonra, o, evinə qayıdır və bir il sonra almaz mədənində işləməyə başlayır.

Bir çox arteziya mədənçiləri də təsdiqləyər ki, onlar aylar boyunca almaz tapa bilmirlər və son dərəcə kasıbdırlar.

70% gəncin işsiz olduğu bir ölkədə, mədənçilik az belə olsa, insanların gəlir mənbəyidir.

Men pass a bucket to each other whilst standing in the river Fotonun müəllifi Olivia Acland

Kişilərin əksəriyyəti üç nəfərlik dəstə qururlar.

Philo iki dostu ilə birgə işləyir.

Onlardan biri suya girərək, çayın yatağından vedrə ilə palçıq və qumu qazır, digəri isə onu su aparmasın deyə saxlayır.

Digər üçüncüsü isə vedrəni qum təpəsinin üzərinə boşaldır.

Kifayət qədər palçıq toplandıqdan sonra, xəlbirləmək başlayır.

Two men smoke cigarettes together Fotonun müəllifi Olivia Acland

Kişilər soyuqlamamaq üçün tez-tez rollarını dəyişirlər.

Philo sudan çıxdıqdan sonra, üşüdüyünü və isinmək üçün ucuz rom içdiyini deyir: "Bu iş çətin və yorucudur - əgər başqa bir iş görməyə qabiliyyət və ya imkanın olsaydı, düşünmədən edərdim."

The landscape is full of holes and piles of mud Fotonun müəllifi Olivia Acland

Çayın ətrafındakı palçıqlı ərazi, arteziyan mədənçilər tərəfindən qazılıb. Onlar dayanmadan işləyir və almaz axtarırlar.

A man holds out a small diamond Fotonun müəllifi Olivia Acland
Image caption Xırda almaz

Üç saatlıq xəlbirləmədən sonra, nəhayət ki, Philo xırda almaz tapdığına görə sevinir.

The men shovel dirt into a trough and then wash it with water Fotonun müəllifi Olivia Acland

Bəzi mədənçilər "mancanaq" adlanan aləti əldə edə bilirlər.

Onlar elektrik xortumdan istifadə edərək, keyfiyyətli ilgək üzərində qalaqlanmış palçıq qatını su ilə təmizləyirlər.

Palçıq yuyulduqdan sonra, onlar, çox güman ki, parlaq almaz dənəciyi tapa bilərlər.

Xəlbir satıcısı Fotonun müəllifi Olivia Acland

Əfsus ki, Philo bu rahatlığa sahib deyil.

"Bizim bu növ maşını almağa imkanımız yoxdur, vedrə, bel və xəlbir ilə keçinmək məcburiyyətindəyik," o deyir.

Yerli bazarda ələyin biri 25 min Leones-dir (təxminən 7 manat).

A group of men walk and cycle along a road with their equipment Fotonun müəllifi Olivia Acland

Philo almazı tapdıqdan az sonra hazırlaşaraq komandası ilə birlikdə şəhərə yollanır.

O xoşbəxtdir və deyir: "Çox yaxşı gündür, təxminən bir aydır ki, almaz tapa bilmirdik."

Two men shake hands with each other Fotonun müəllifi Olivia Acland

Evə gedərkən o, dükanın qarşısında böyük qardaşı ilə qarşılaşır.

Onlar, Koidu Holdings-in partlamaları nəticəsində yaranan kimberlit dağı qarşısında görüşürlər.

Philo, alçaq səthlərdə almazın azaldığı bir dövrdə, qardaşının sahib olduğu alətlər və imkanı qısqanır.

Two men sit inside their house smiling for the camera Fotonun müəllifi Olivia Acland

Evdə Philo, əmisi ilə istirahət edir.

Münaqişələr zamanı anası, bu oturduğu otağın qarşısında üsyançılar tərəfindən güllələnib.

Evi tamamilə yandığından, onu yenidən tikməyə məcbur olub.

Növbəti gün Philo, almazını satmaq üçün Koidu şəhər mərkəzindən azca aralıda yerləşən ofisə yollanır.

40% təmiz karatın maya dəyəri 3200 dollaradır. Daha az təmizliyə malik daşlar, təbii ki, daha ucuz qiymətə alınır.

Philo tapıntısından cəmi 35 dollar əldə edir, lakin, o, bundan çox məmnundur, çünki daha azını gözləyirdi.

A man walks through the town as a goat runs past Fotonun müəllifi Olivia Acland

Şəkillər Olivia Acland tərəfindən çəkilib

Bu barədə daha geniş