Malyariya peyvəndinin böyük uğuru

Ağcaqanad Fotonun müəllifi SPL

Parazitin zəifləmiş formasında istifadə olunan malyariya peyvəndi, insan sağlamlığı sınaqlarında "həlledici addım" atıb, tədqiqatçılar deyir.

Həkimlərin istifadə etdiyi malyariyanın genetik olaraq dəyişdirilən forması, insanlarda tam infeksiyaya səbəb olmayıb.

Science Translational Medicine jurnalında dərc olunan tədqiqatlar göstərir ki, o təhlükəsizdir və yaxşı immun cavabı verir.

Tropik xəstəlik ekspertləri bunu, "perspektivli" adlandırıblar.

Malyariya paraziti, həm ağcaqanad, həm də insan bədənində bir neçə mərhələdən keçir.

Seattle-da yerləşən İnfeksiya Xəstəlikləri Araşdırma Mərkəzindəki komanda, parazitin ciyər hüceyrələrinə təsir edən üç genini yox edə bilib.

İnsanları zəifləmiş parazitlə "infeksiya etmək" ideyası, immun sistemi malyariyaya qarşı dayanıqlı etməsə də, parazitin xəstəlik yaradaca biləcək həyati qabiliyyətini dayandıracaq.

Təhlükəsizlik sınaqlarında on nəfər iştirak edib. Onlardan heç biri xəstəliyə tutulmayıb və müalicənin heç bir yan təsiri müşahidə edilməyib.

Pasientlərin anticismləri sonra siçanlara verilib və malyariyaya yoluxdurulan bu siçanlarda böyük dözümlülük müşahidə olunub.

Tədqiqatçılardan biri Dr. Sebastian Mikolajczak deyib: "Klinik araşdırmalar göstərir ki, peyvənd insanları bədənini tamamilə təmizləyir və yalnız bir tətbiqdən sonra belə, immun sistemi malyariya parazitinə qarşı daha güclü edir."

"Bu tapıntılar birlikdə malyariya peyvəndi inkişafında çox mühüm hadisədir."

Malyariya parazitinə qarşı bu iki oxşar yanaşmanın biri onu radiasiyaya uğradaraq zəiflədir və digəri xəstəyə anti-malariyaya dərmanları ilə eyni zamanda, onlara sirayət edir.

Lakin, ən təkmil malyariya peyvəndinə çatmağa hələ illər var. RTS,S, parazitin komponentlərindən istifadə edərək immun cavab yaradır və peyvənd hazırda geniş sınaqlardan keçir.

Bununla belə, parazitin bütöv halda istifadə olunduğu yanaşma, daha effektiv ola bilər.

London Gigiyena və Tropik Təbabət Məktəbindən Ser Brian Greenwood BBC News-ə deyib: "Bu, həvəsləndirici olsa da, peyvəndin inkişafı üçün atılan ilk addımdır."

"Peyvənd çox perspektivlidir və burada təqdim olunanlar, tədqiqatlar üçün kifayət qədər qəliz tapşırıqdır [insanlara peyvənd tətbiq olunur və sonra malyariya yoluxdurulur ki, onun təsiri yoxlanılsın]."

Lakin, o, son yanaşmanın "sahə üzrə praktik olmadığını" vurğulayıb. Çünki, bunun üçün təxminən 200 yoluxmuş ağcaqanad sancması lazımdır.

Nəticədə bu, sadəcə inyeksiya olmalıdır.

Milli Sağlamlıq İnstitutlarının Peyvənd Tədqiqat Mərkəzinin üzvü Dr. Robert Seder deyib: "Bu məlumat, genetik olaraq dəyişdirilmiş Plasmodium falciparum parazitlərinin insanlar üçün təhlükəsiz və immunoloji olduğunun ilk isbatı, kimi malyariya peyvəndinin inkişafında böyük irəliləyişdir."

"Qoruyucu effektivlik ilə bağlı gələcək araşdırmalar, bu perspektivli peyvənd yanaşmasının davamlı inkişafında növbəti böyük addım olacaq."

Bu barədə daha geniş