Kreml Putinin hansı şərtlərdə Trumpla anlaşacağını bəyan edib

Dmitri Peskov Fotonun müəllifi RIA Novosti
Image caption Dmitri Peskov deyib ki, o, prezidentlərin münasibətləri müsbət inkişaf etdirəcəyinə ümid bəsləyir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vladimir Putin və Donald Trump hansı şərtlərdə anlaşa bilirlər? " sualına "qarşılıqlı hörmət sayəsində" cavabını verib.

Peskov həmçinin dövlət katibi postuna namizəd Rex Tillersonun bəyanatına qarşılıq verməyə tələsməməyi təklif edib.

Jurnalitlər Peskovdan prezident seçkilərindən sonra keçirilən ilk mətbuat konfransında iki prezidentin hansı şərtlərdə razılığa gələcəkləri movzusuna toxunan Trumpın fikirlərinə münasibətini öyrəniblər.

"Mən Vladimir Putinlə anlaşıb-anlaşmayacağımı bilmirəm. Ümid edirəm ki, onunla anlaşacam. Lakin böyük ehtimalla anlaşmayacam"-deyə deyə Trump bildirmişdi. Bununla yanaşı Rusiya ilə münasibətlərdə "yenilənməyə" ehtiyac yoxdur deyən Trump hazırda "yenilənmə düyməsi yoxdur" demişdi.

"Biz ya anlaşacayıq, ya da ki yox ", - deyə ABŞ-ın yeni prezidenti vurgulayib. Bir qədər əvvəl Trump Barack Obama administrasiyasından fərqli olaraq onun Putinlə daha yaxşı anlaşacağını və konstruktiv münasibətlər quracağının böyük əminliklə vurğulamışdı.

"V.Putin öz hərəkətlərində və çıxışlarında aydın və birmənalı şəkildə tərəfdaşlarına hörmət etməyə hazır olduğunu nümayiş etdirir. Lakin bu hörmət birtərəfli deyil, yalnız qarşılıqlı ola bilər. Rəsmi Moskva prezidentlərin anlaşacağına ümid edir. Ən azı cənab Trump dialoqlara hazır olduğunu deyib"-deyə Trumpın sözlərini şərh edən Peskov belə deyib.

Risiyada Trumpa qarşı materialların toplanması barədə dərc olunan məqalələrin fonunda yeni ABŞ prezidenti Rusiya ilə münasibətlərə dair yeni proqnozlar verib. Mətbuat konfransında ABŞ prezidenti bu barədə məlumat verən amerikalı jurnalistlərlə yanaşı təhlükəsizlik xidmətini də kəskin tənqid edib. Onun firkrincə, təhlükəsizlik xidməti xəbər sızdırıb.

Mətbuat konfransından sonra Trump bu məsələni ABŞ-ın Milli Kəşfiyyatının başçısı Ceyms Klepperlə müzakirə edib. Klepper Trumpı xüsusi xidmət orqanlarının BuzzFeed nəşrində dərc olunan məlumatların yayılmasında xüsusi xidmət orqanlarının əli olmadığına əmin edib.

Klipper materialların xüsusi şirkət tərəfindən toplandığını və artıq neçə aydır ki, jurnalistlər və siyasətçilər arasında belə məlumatların dolaşmasa barədə Trumpa xəbərdarlıq etmək istədiklərini bildirib. Peskov isə Rusiyanın Trumpa qarşı materiallar toplaması ehtimalını yalan adlandırıb.

BBC bu sənədlərlə ilk dəfə oktyabr ayında tanış olub və burada uyğunsuzluq aşkar edib. Söhbət xüsusilə, Rusiyanın Trumpın biznes maraqları və şəxsi həyatıyla bağlı məlumatlar almasından gedir.

Bu yaxınlarda mətbuat konfransında çıxış edən Trump ilk dəfə olaraq seçki kampaniyası zamanı hakerlərin hücumunun arxasında Rusiyanın dayanması barədə kəşfiyyatın rəyi ilə razılaşıb. Bu barədə dövlət katibi postuna namizəd Rex Tillerson bəyan edib.

Jurnalistlərin "Kreml Tellersonun mövqeyindən nə dərəcədə narahatdır" sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Peskov haker hücumlarıyla bağlı "qalmaqalın" bitməsini gözləməyi təklif edib.

Bundan başqa Peskov Tillersonun senatdakı dinləmələr zamanı Krım və Ukraynaya öldürücü silahların göndərilməsiylə bağlı bəyanatlarına rəy bildirməyə tələsməməyi deyib.

Peskovun sözlərinə görə rəsmi Moskva gələcək dövlət katibiylə yaranacaq bütün məslələrdə öz mövqeyini açıqlayacaq.

Bu barədə daha geniş