Etirazçılar Trump-ın andiçmə mərasiminə mane olacaqlarını deyirlər

Etirazçılar- Trump şəkli Fotonun müəllifi Getty Images

Minlərlə nümayişçi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın yanvarın 20-də Washington-da baş tutacaq andiçmə mərasiminə mane olmaq üçün etiraz aksiyası təşkil etmək niyyətindədir.

Etirazçılar (onların sırasına Disruptj20 və Black Lives Matter qrupları da daxildir) cənab Trump-ın and içəcəyi Capitoly və Pennsylvania Avenue boyunca mərasimin keçiriləcəyi yerdə 12 buraxılış məntəqəsini bağlamağa çalışacaqlar.

Bundan başqa, onlar nümayiş və yolların bağlanmasının köməyi ilə andiçmə mərasimindən sonra baş tutacaq ziyafətə də mane olmaq istəyirlər.

Təşkilatçılar başqa "sürprizlərin" olacağına da söz verirlər, lakin bu zaman Trump tərəfdarları ilə toqquşmalardan ehtiyatlanırlar.

Washington-da ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi günü müxtəlif aksiyaların keçirilməsinə görə, ümumilikdə 27 qrup icazə alıb.

Bu əvvəlki illərdə baş tutan andiçmə mərasimləri zamanı keçirilən nümayişlərlə müqayisədə dörd dəfə çoxdur.

Gözlənilir ki, bu dəfə Trump-ın andiçmə mərasimini 800 min tamaşaçı izləyəcək. Onların təhlükəsizliyini təmin etməyə 15 min nəfərdən çox güc strukturu əməkdaşı yönəldilib.

Nə Donald Trump, nə də ki onun komandası bu məsələ barədə şərh verməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş