Trump "Rusiya və Çinlə birgə işləməyə razıdır"

Donald Trump Fotonun müəllifi Getty Images
Image caption ABŞ-ın növbəti prezidenti Donald Trump xarici siyasətinin bəzi cəhətlərindən söz açıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump deyir ki, Rusiya və Çin onunla işləməyə hazırdırsa, o da bu ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Cənab Trump Wall Street Journal qəzetinə bildirib ki, Rusiyaya qarşı tətbiq olunmuş yeni sanksiyalar "heç olmasa bir müddət" qüvvədə qalacaq amma bundan sonra qaldırıla bilər.

O həmçinin deyib ki, onun rəhbərliyi altında ABŞ-ın "Vahid Çin" siyasəti dəyişə bilər. "Vahid Çin" siyasətinə görə, ABŞ Çinin separatçı əyaləti kimi baxdığı Tayvan adasındansa Çinlə rəsmi əlaqələr saxlayır.

Bu barədə daha ətraflı: Donald Trump "Vahid Çin" siyasətini sorğulayıb

Bu arada ABŞ Senatının komitəsi, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamlarına baxacaq.

Müsahibə zamanı cənab Trump deyib ki, İslamçı ifratçılığa qarşı mübarizədə və digər məsələlərdə rəsmi Moskva Washington-a yardım göstərsə, Rusiyaya qarşı sanksiyalar qaldırıla bilər.

"Əgər siz yola gedirsinizsə və Rusiya bizə həqiqətən kömək edirsə, əgər kimsə həqiqətən əla işlər görürsə sanksiyalar nəyə lazımdır?"

O deyib ki, Prezident Vladimir Putinlə görüşəcəyinə ümid edir.

Bu barədə daha geniş