ABŞ-ın 100 dollarlıq sikkəsində xanım Azadlıq qaradərili olacaq

Bu Xanım Azadlığın etnik azlıq qadını tərəfindən təsvir edən ilk sikkədir Fotonun müəllifi Reuters
Image caption ABŞ Zərbxanası və Maliyyə Nazirliyinin zərbxananın xatirəsinə həsr etdiyi sikkədə ilk dəfə xanım Azadlığı qaradərili qadın təcəssüm etdirəcək

ABŞ Zərbxanası və Maliyyə Nazirliyinin zərbxananın xatirəsinə həsr etdiyi sikkədə ilk dəfə xanım Azadlığı qaradərili qadın təcəssüm etdirəcək.

ABŞ Zərbxanasının 225-ci il dönümünü qeyd edən sikkənin üzərində xanım Azadlıq ulduzlu tac və toqaya bənzəyən geyimdədir.

24 karatlıq qızıl sikkənin ağırlığı 28 qram və dəyəri 100 ABŞ dolları olacaq.

ABŞ Zərbxanası bildirib ki, gələcəkdə xanım Azadlığı asiyalı, latin amerikalı və hindistanlı kimi digər etnik azlıqların qadınları ilə təsvir etməyi planlaşdırır.

Ümumilikdə 100 min qızıl sikkə istehsal olunacaq və satışa aprelin 6-sı buraxılacaq.

Bu barədə daha geniş