Davos İqtisadi Forumu: İlham Əliyev görüşlər keçirir

İlham Əliyev Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb Fotonun müəllifi President.az
Image caption İlham Əliyev Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.

İlham Əliyev yanvarın 17-dən start verilən forumun keçirildiyi İsveçrə Konfederasiyasına bir gün öncədən gedib, president.az saytı yazır.

O, işgüzar səfəri çərçivəsində çərşənbə axşamı "Procter and Gamble Europe" şirkətinin Avropada satış və marketinq əməliyyatları üzrə prezidenti Gary Coombe ilə görüşüb:

""Procter and Gamble Europe" şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi", məlumatda deyilir.

Bazar ertəsi isə prezident Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti ilə Azərbaycan və AYİB əlaqələrini müzakirə edib.

"Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əlaqələrin inkişafına yeni imkanlar açdığı qeyd edildi."

Fotonun müəllifi President.az
Image caption İlham Əliyev forumunun icraçı sədri Klaus Schwab ilə görüşüb

Həmin gün axşam isə prezident Əliyev bu forumda 10 dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün təşkil olunan qəbulda iştirak edib və Forumunun icraçı sədri Klaus Schwab ilə görüşüb.

Fotonun müəllifi Weforum.org
Image caption Dünya İqtisadi Forumuna start verilib

Yanvarın 21-dək davam edəcək forumda hökümət liderləri, biznes, təhsil və qeyri-hökümət sektoru olmaqla 3000 qonaq iştirak edir.

Bu ilki forumun ana xətti "cavabdeh və məsuliyyətli liderlik"dir, tədbirin rəsmi saytında bildirilib.

Əlaqəli mövzular