Keniyada qadın millət vəkili seksi boykota çağırıb

Mishi Mboko Fotonun müəllifi AFP
Image caption Mboko, seksin güçlü bir silah olduğunu deyir.

Keniyada xanım millət vəkili həmcinslərinə müraciət edərək, onları 8 avqustda ölkədə keçiriləcək seçkilərdə seçici siyahısında qeydiyyata düşməyənə qədər ərləriylə intim münasibətlərə girməməyə çağırıb.

Keniyanın Mombasa şəhərindən seçilən millət vəkili Mishi Mboko müxalifətin səslərini artıqmaq üçün bunun ən yaxşı strategiya olduğunu bildirib.

"Qadınlar, yerinə yetirməniz gərəkən ən yaxşı taktika budur. Seçici kartlarını göstərənə qədər ərlərinizlə seksdən imtina edin" - deyən Mishi Mbokonun fikrincə, seks güclü bir silahdır və bu həvəssiz olanları seçici qeydiyyatından keçməyə həvəsləndirəcəkdir.

"Standart" qəzetinin məlumatına görə, Mboko seçici qeydiyyatından keçməyə məcbur edilən ərlərinin bundan mənfı təsir görməyəcəklərini də bildirib.

Keniya prezidenti Uhuru Kenyatta bu posta ikinci dəfə seçilmək istəyir. Prezident Mbokonun təmsil etdiyi ODM partiyası da daxil olmaqla müxalifətin ortaq namizədiylə mübarizə aparacağı gözlənilir.

Mboko dəstəkçilərinin kütləvi şəkildə qeydiyyatdan keçməsi nəticəsində seçkiləri qazanmaq şanslarının artacağını deyib.

Keniyada seks boykotu tez-tez rast gəlinən bir haldır.

2009-cu ildə ölkədə qadın fəallar həmin dövrün prezidenti Mwai Kibaki və baş nazir Raila Odinganı güzəştə getməyə məcbur etmək üçün bir həftə ərzində seksdən imtina etməyə çağırmışdılar.

Bu barədə daha geniş