Qarla bürünmüş mərkəzi İtaliyada yeni zəlzələlər olub

Snow in Abruzzo region Fotonun müəllifi EVN
Image caption Much of central Italy has seen heavy snowfall this week

İtaliyanın hazırda qara bürünmüş mərkəzi rayonlarında bir neçə yeni zəlzələ baş verib.

Zəlzələlərdən ən şiddətlisi 5,4 bal gücündə və keçən ilin avqust ayında baş vermiş zəlzələ ilə eyni rayonda baş verib.

Zəlzələlər yerli vaxtla saat 10:25 və 11:25 radələrində baş verib və 100 kilometr uzaqlıqda yerləşən Roma şəhərində belə hiss olunub.

Amatrice ətrafında rayonunda keçən il baş vermiş zələzələdə 300-ə yaxın insan həyatını itirib, lakin yeni zəlzələlər nəticəsində xəsarət alanlar barədə məlumat hələ ki, məlumat yoxdur.

Zəlzələlər üç qonşu rayonda - Abruzzo, Lazio və Marche-də baş verib.

Zəlzələdən əvvəl episentrə yaxın yerləşən Amatrice və Norcia şəhərlərində 36 saat fasiləsiz qar yağmışdı.

Ən çox təsir edilən rayonlarda hələ də bağlanmamış məktəblər zəlzələdən dərhal sonra bağlanıb.

Ehtiyat tədbiri olaraq bir müddət bağlanmış Roma şəhərinin metrosu yenidən açılıb.

"Hamı bayırdadır. Çox soyuq və küləklidir", episentrdən 80 kilometr uzaqlıqda yerləşən Umbria rayonunun Ceselli kəndindən Lina Mercantini Reuters xəbər agentliyinə deyib.

Çərşənbə axşamı Avropa Parlamentinin prezidenti seçilən İtaliyalı siyasətçi Antonio Tajani "görünür ki, heç kəs ölməyib" deyib.

Fotonun müəllifi EPA
Image caption Zəlzələlər tələbələri küçələrdə yığışmağa məcbur edib və metro sistemini də bağladıb

Bu barədə daha geniş