Tsipras: Türkiyə Kiprə dair aqressiv ifadələrdən imtina etməlidir

Alexis Tsipras Fotonun müəllifi EPA

Yunanıstanın baş naziri Alexis Tsipras Kiprdə yekun nəticələr əldə etmək üçün aparılan danışıqlarda tərəqqinin əldə olunduğunun söyləyib.

Lakin baş nazirin fikrincə, bu razılaşma üçün Türkiyə "aqressiv ifadələrdən imtina etməlidir" .

"Ehtiyatlı və məsuliyyətli şəkildə nikbinik. Vəziyyət tələb edərsə daha çox işləməyə davam edəcəyik və yaxın gələcəkdə müsbət nəticələr əldə edəcəyik. İlkin olaraq bunun üçün, digər tərəfin, xüsusilə Türkiyənin "aqressiv" ifadələri bir tərəfə qoyub, ciddi, məsuliyyət sahibi kimi çalışması lazımdı", Parlamentdə çıxış edən Tsiparas belə deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Yunanıstanı Kiprin birləşdirilməsi cəhdlərindən "yayınmaqda" ittiham edərək Türkiyə ordusunun türk xalqını qoruması üçün adada əbədi qalacağını söyləmişdi.

Ötən həftə Cenevrədə keçirilən danışıqlar nəticəsiz yekunlaşıb.

Lakin təminatçı ölkələr - İngiltərə, Yunanıstan və Türkiyə təhükəsizliklə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəliblər. Üç ölkə nümayəndələrinin bu gün yenə İsveçrədə bir araya gələcəyi gözlənilir.

Bu barədə daha geniş