İD 2016-cı ildə tutduğu torpaqların 25 faizini itirib

Musul'da IŞİD'le çatışan Irak ordusu Fotonun müəllifi Reuters
Image caption Yeni təhlilə görə İraq ordusu Mosulu 2017-ci ilin birinci yarısında İD-dən almağa başlayacaq

Özünü İslam Dövləti (İD) adlandıran qrup 2016-cı ildə əlindəki torpaqların dörddə birini itirib.

IHS Markit təhlil şirkəti bildirib ki, qrup 18 min kvadrat kilometr ərazi itirib, amma əlində 60 min kvadrat kilometr ərazi hələ də qalmaqdadır.

İD 2015-ci ildə tutduğu torpaqların 14 faizini itirmişdi. Bu, 2016-cı ildə İD-in geriləməsinin sürətləndiyini göstərir.

İraq Ordusunun Mosul əməliyyatını aylar əvvəl təxmin etmiş IHS Markit, qrupun Suriyadakı igamətgahı Rəqqanın ələ keçirilməsinin daha çətin olacağını qeyd edir.

IHS Markit təhlilçisi Columb Strack-a görə, qrupun itkiləri onun bölgədəki hədəflərinə böyük zərbə olub.

Strack, 2017-ci ilin birinci yarısında Mosulun İD-dən alınacağını və sonra Ordunun Kərküklə Bağdad arasında yerləşən Hevicəyə fokuslanacağını təxmin edir.

Fotonun müəllifi Reuters
Image caption Suriya Demokratik Qüvvələri Rəqqaya yaxınlaşsa da, şəhəri almaq çətin olacaq

Təhlil şirkətinə görə, Rəqqanın İD-dən alınmasının çətinlikləri siyasi və hərbi səbəblərlə əlaqəlidir.

"Rəqqa İD-in mərkəzini təmsil edir və buranı döyüşmədən tərk etməzlər. Şəhəri geri almaq üçün yəqinki böyük xarici qüvvələrdən biri yerüstü əməliyyat həyata keçirməlidir."