İtaliya qar uçqunu: Abruzzoda Rigopiano otelində itənlər var

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Video xilasediciləri otelin içində göstərir

Xilasedicilər mərkəzi İtaliyada qar uçqunu nəticəsində qar altında qalan Rigopiano otelində təxminən 30 nəfərin axtarışı zamanı 3 cəsəd tapıblar.

Qar uçqununun çərşənbə günü baş vermiş zəlzələlər nəticəsində başladığına ehtimal var, xilasedicilər deyib.

Xilasedicilər Abruzzo rayonunun Gran Sasso dağlarında yerləşən Rigopiano otelinə cümə axşamı böyük çətinliklə çatıblar.

Xilasedicilər dağıntıda heç nə eşitmədiklərini və itlərinin heç kəsi tapa bilmədiklərini deyiblər.

Qar uçqunu baş verdiyi an otelin həyətində olan iki nəfər sağ tapılıb.

Çərşənbə günü mərkəzi İtaliyanın dağlıq bölgəsində 5 baldan şiddətli dörd zəlzələ baş vermişdi və gecə saatlarında bir daha yeraltı təkanlar müşahidə edilib.

Zəlzələlər çovğunun yaratdığı çətinlikləri daha da ağırlaşdırıb və nəticədə elektrik xətləri kəsilib və bəzi kəndlərə gedən yollar müvəqqəti olaraq bağlanıb.

Mərkəzi İtaliyda xilasetmə əməliyyatları hələ də davam edir və Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker deyib ki, Avropa İttifaqı yardım verməyə hazırdır.

Nə baş verib?

Əvvəl 4 mərtəbəli otelin damı çərşənbə gecəsi aşıb və Farindola kəndinin sakinləri təcili yardım xidmətlərinə müraciət ediblər.

Xilasedicilər, qar uçqunu zamanı Rigopiano otelində uşaqlar da daxil olmaqla 20 turist və 7 otel işçisinin olduğunu deyiblər.

Onlar sağ qalanları aşkar etmək üçün onları yüksək səslə çağırıblar, lakin heç bir cavab eşitməyiblər, xilasedicilər deyib.

Dağ xilasetmə komandasının başçısı Antonio Crocetta "çox sayda ölü" olduğunu cümə axşamı səhər saatlarında deyib.

İtaliya mediası bəzi qonaqların otelin qar altında qalmasından sonra SMS göndərə bildiklərini deyib.

"Kömək edin, biz soyuqdan ölürük", Ansa xəbər agentliyi bir cütlüyün yazdığını deyib.

Yıxılmış ağaclarla əhatə edilən zədəli binanın yanında iki nəfər sağ tapılıb. Onlar xəstəxanaya aparılıb, lakin onların birində hipotermiya var.

Həyat yoldaşı və iki uşağı hələ də tapılmayan Giampiero Parete qar uçqunu baş verəndə maşınından bir əşya almağa bayıra çıxdığında baş verib.

"Qar məni bürümüşdü, amma mən çıxa bildim", o deyib və əlavə edib ki, "maşın tamamilə örtülməmişdi və mən xilasedicilərin gəlməsini gözlədim".

Xilasetmə əməliyatı niyə belə çətindir?

"Otel az qala tamamilə məhv olub", dağ xilasetmə komandasının üzvü Antonio Crocetta Reuters xəbər agentliyinə telefonla bildirib.

"Biz onlara səslənmişik, lakin heç bir cavab, heç bir səs eşitməmişik. Biz qazırıq və adamları axtarırıq".

Fotonun müəllifi CNSAS
Image caption Dağıntı və qar xilasedicilərə mane olur
Fotonun müəllifi Vigili del Fuoco/Twitter
Fotonun müəllifi Polizia di Stato

İtaliya mediası xilasedicilərin ilk qrupunun otelə yerli vaxtla cümə axşamı saat 04:00-də çatdığını bildirib.

Yayılmış videoda onların qarı qazdığı görünür.

Mülki müdafiə agentliyi otelə xilasedici avtomobilləri çatdırmağa çalışdığını deyib.

İtaliya mediası hələlik üç cəsədin çıxarıldığını və təsdiqolunmamış məbələr isə dördüncü cəsədin aşkar edildiyini bildiriblər.

Mülki medafiə agentlyinin rəhbəri Fabrizio Curcio deyib ki, ağır qar zamanı onlar insanlara evdə qalmağa tövsiyə edirlər, lakin zəlzələ baş vermiş yerlərdə insanlar evdən çıxmalıdırlar.

Hadisə necə baş verdi?

Çərşənbə gününün zəlzələləri Abruzzo, Marche və Lazio rayonlarında günlərlə fasiləsiz qarın yağmasından sonra baş verib.

Rayonların ərazisində bir nəfər çərşənbə günü həyatını itirib və başqası itkin düşmüşdü.

Eyni ərazidə avqustun 24-ü baş vermiş zəlzələdə 298 nəfər həlak olmuşdu.

Oktyabr ayında başqa bir zəlzələdə yaşayış yerlərinin təxliyə edildiyi səbəbindən heç kəs ölməmişdi.

Alimlər düşünürlər ki, avqust ayında baş vermiş zəlzələ ətrafındakı fay xətlərinə dalğa kimi təsir edərək zəlzələ ehtimalını artırıb.

Eyni şəkildə oktyabr ayının zəlzələsi digər fay xətlərini zəiflədərək çərşənbə günü baş vermiş zəlzələlərə səbəb olub.

Fotonun müəllifi Hotel Rigopiano
Image caption Qar uçğunundan əvvəl Rigopiano oteli

Bu barədə daha geniş