Suriya: İD Palmirada amfiteatrın bir hissəsini məhv edib

Palmirada Roma amfiteatrının sütunlu fasadı (may 2016) Fotonun müəllifi Getty Images
Image caption Palmirada Roma amfiteatrının sütunlu fasadı (may 2016)

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma qədim Palmira şəhərində Roma amfiteatrının bir hissəsini məhv edib, Suriyalı rəsmilər deyir.

Dövlət mediasının xəbərində deyilir ki, ikinci əsrdə inşa edilən amfiteatrın fasadı və Tetrapilon adlanan dörd tərəfli Roma abidəsi məhv edilib.

Cihadçılar Unesco-nun siyahısında olan arxeoloji ərazini hökumət qüvvələrindən dekabr ayında geri alıblar.

Bundan əvvəl 2016-cı ilin mart ayınadək Palmira şəhəri on ay İD-nin nəzarəti altında olmuşdu.

Rusiyanın dəstəyi ilə hökumət quvvələri tərəfindən şəhəri tərk etməyə məcbur ediləndən əvvəl qruplaşma şəhərdə başqa qədim abidələri də məhv etmişdi.

Hökumət qüvvələrinin Palmiranı ələ keçirməsindən sonra Rusiya amfiteatrda klassik müsiqi konserti keçirmişdi.

Suriya qədim abidələr qurumunun rəhbəri Maamun Abdulkərim abidələrin məhv edilməsini Reuters xəbər agentliyinə təsdiqləyib, lakin bu hadisənin nə vaxt baş verdiyini bilmədiyini əlavə edib.

Fotonun müəllifi EPA
Image caption Vladimir Putin amfiteatırda əyləşən tamaşaçılara televizor ekranı ilə mesaj çatdırıb (5 May 2016)
Fotonun müəllifi Getty Images
Image caption Məlumata görə Palmirada Tetrapilon abidəsi məhv edilib

Bu barədə daha geniş