Şimali Avstraliyada timsah adam öldürüb

Polis insanları timsahların təhlükəsi barədə dəfələrlə xəbərdar edib. Fotonun müəllifi Greg Dunlop
Image caption Polis insanları timsahların təhlükəsi barədə dəfələrlə xəbərdar edib.

Avstraliyanın Şimali Ərazisində bir kişi çayı keçərkən timsah tərəfindən öldürülüb.

47 yaşlı kişi Kakadu Milli Parkına yaxınlıqda yerləşən Cahill-in Keçidi adlı çay keçidini suyun içi ilə keçərkən 3, 3 metr uzunluğunda timsah tərəfindən hücuma uğrayıb, polis deyib.

Onunla olan iki qadın yalnız keçidi keçəndən sonra kişinin yox olduğunu görüblər.

Onun cəsədi cümə axşamı gecəsi 2 kilometr uzaqlıqda çayda aşkar olunub, polis deyib. Timsah isə silahlı atəşlə öldürülüb.

Yerli media kişinin yaxınlıqda yerləşən yerli məskəndən olduğunu xəbər verib.

Şərqi Alliqator çayında yerləşən keçiddə baş verən son ölümcül timsah hücumu 1987-ci ildə baş verib. Həmin hadisədə oğlu ilə balıq tutan 40 yaşlı kişi hücum nəticəsində sürüşüb çaya düşmüşdü.

Bu barədə daha geniş