Hakimiyyətdən getmək istəməyən Qambiya liderinə ultimatum verilib

İnsanlar prezidentin seçilməsinə sevinir Fotonun müəllifi Getty Images
Image caption Adam Barrow-nun seçkilərdə qələbəsi Qambiya paytaxtı Banjulda alqışla qarşılanıb

Qərbi Afrika liderləri Qambiya prezidenti Yahya Jammeh-ə hakimiyyətdən getmək üçün sonuncu imkan veriblər.

Bu, Seneqal ordusunun ölkəyə yeridilməsindən sonra yer alıb.

Yahya Jammeh-ə təqdim edilən ultimatumda hakimiyyəti təslim etmək üçün cümə günü günortaya qədər möhlət verilir.

Əks təqdirdə ona qarşı BMT dəstəyinə malik regional qüvvələrdən istifadə oluna bilər.

Afrika qüvvələrinin hərbçilərinə son müddətin başa çatmasına kimi hərəkətə keçməmək əmri verilib.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (Ecowas) prezident seçkilərində Yahya Jammeh-nin rəqibi olmuş Adam Barrow-nu dəstəkləyir.

Cənab Barrow cümə axşamı günü yeni prezident kimi and içib.

Beynəlxalq ictimaiyyət onu ötən ay keçirilən prezident seçkilərinin qalibi tanıyır.

Fotonun müəllifi RTS
Image caption Seneqaldakı Qambiya səfirliyində keçirilən inauqurasiya mərasimində president Barrow Qambiya hərbçilərinə hərbi hissələrdə qalmağı əmr edib.

Cümə günü Qvineya prezidenti Alpha Conde vasitəçi qismində Yahya Jammeh-lə həlledici danışıqlara başlayıb.

Ecowas birliyi komissiyasının sədri deyib ki, bu danışıqlar nəticəsiz başa çatarsa işə ordu müdaxilə edəcək.

"O [Jammeh] prezident Condenin humayəsilə günortaya qədər Qambiyanı tərk etməyə razılıq vermədiyi təqdirdə biz həqiqətən də hərbi addımlar atacağıq", Marcel Alain de Souza deyib.

Ötən gün Yahya Jammeh istefaya çıxmaq barədə ilk ultimatumu rədd etdikdən sonra Qambiyaya Seneqal və digər Qərbi Afrika ölkələrinin hərbçilərindən ibarət əsgəri qüvvə yeridilib.

Ecowas hərbçilərin müqavimətlə üzləşmədiyini bildirir.

Hazırda Seneqalda olan Cənab Barrow böhranın başa çatmasına kimi Qambiya paytaxtı Banjulaya qayıtmaq niyyətində olmadığını bildirib.

Cənab Jammeh-nin hakimiyyətdən zor gücü ilə kənarlaşdırılması barədə Ecowas ölkələrinin xəbərdaqları BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən dəstəklənib.

Hərçənd TŞ qətnaməsində siyasi çözümün prioritet olduğu vurğulanır.

Seneqal hərbi qüvvələrinin sözçüsü polkovnik Abdou Ndiaye deyib ki, Qambiyada olan ordu buna ehtiyac yaranarsa döyüşməyə hazırdır.

Seneqaldakı Qambiya səfirliyində keçirilən inauqurasiya mərasimində president Barrow Qambiya hərbçilərinə hərbi hissələrdə qalmağı əmr edib.

O deyib ki, icazəsiz silah gəzdirən şəxslər qiyamçı tanınacaq.

Cənab Jammeh hakimiyyəti niyə tərk etmək istəmir?

Fotonun müəllifi Reuters
Image caption Cənab Jammeh Qambiyada yeni seçkilərin keçirilməsinə səsləyib.

Əvvəlcə məğlub olduğunu etiraf edən Yahya Jammeh daha sonra mövqeyini dəyişərək vəzifədən getməyəcəyini bildirib.

O, seçki prosesində qanun pozuntularının olduğunu deyərək 90 günlük fövqəladə vəziyyət elan edib.

Seçki Komissiyası bəzi ilkin nəticələrdə səhvlərə yol verildiyini etiraf etsə də bildirib ki, onlar cənab Barrow-nun qələbəsini sual altına almır.

Cənab Jammeh yeni seçkilər keçirilənədək vəzifədə qalacağını deyib.

Hakimiyyətdə qalmaqla Yahya Jammeh özünü qanun pozuntularına görə hüquqi məsuliyyətə cəlb edilməkdən də qoruyur.

Bu barədə daha geniş