Prostat xərçənginin diaqnozunda “boyük irəliləyiş”

Prostatta kanser hücresi Fotonun müəllifi Science Photo Library

Yeni skan avadanlığının istifadəsiylə prostat xərçənginin müəyyən edilməsində son onilliklər ərzinndə ən böyük irəliləyiş əldə olunub, Britaniya həkimləri bildirir.

Xəbər "Lancet" tibb jurnalında yayımlanıb. Məlumata əsasən 576 xəstə üzərində aparılan araşdırmaya görə, MRİ texnologiyasından istifadə etməklə yaxalanan şiş sayları iki qata çıxıb.

Araşdırmada xəstələrin dörddə birindən çoxuna ağır mənfi yan təsiri göstərən biopsiya üsulundan istifadəyə ehtiyac qalmadığı qeyd edilib.

Prostat xərçəngi İngiltərədə ən geniş yayılan xərcəng növlərindən biri olsa da, onun müəyyən edilməsi istiqamətində aparılan testlər hələ də mükəmməl olmaqdan çox uzaqdır.

Xəstələrin qanında yüksək həcmdə prostata xas maddələrin (antikor) aşkar olunduğu təqdirdə onlardan biopsiya alınır və daha sonra prostatın özündən 12 iynəylə nümunələr götürülür.

Biopsiya xərçəngin olduğu yeri tapmaya bilər. Bunun nəticəsində isə qanama, ağır infeksiyaıar və halsızlıq kimi yan təsirlər yarana bilər.

Araşdırmanı aparan qrupun həkimi Dr. Hashim Ahmed "Döşdən biopsiya alınması qəbul edilə bilməz, amma prostat vəzində bunu qəbul edirik" deyib.

İngiltərdə hər il 120 minə yaxın kişidən bu şəkildə biopsiya alınır.

Yeni üsulla Ingiltərədə 11 xəstəxanada araşdırma aparılıb. Qanlarında yüksək səviyyədə antikor olan xəstələrin yüzdə iyirmi yeddisinin əslində biopsiyaya ehtiyacı olmadıığı müəyyən olunub.

Skan avadanlığı prostat xərçəngi hallarının 93 faizi aşkar edib. Normal biopsiyada bu rəqəm yalnız yüzdə 48 olub.

"Bu prostat xərçənginin diaqnostika üsulunun dəyişdirilməsində vacib bir addımdır. Uzun müddət həyatda qalmaq səviyyəsinə baxmaq lazımdır. Amma məncə bunun aşkar edilməmiş xərçənglərin müəyyən edilməsinin inkişafında önəmli rolu olacaq. Lakin bu vəziyyətin gələcəkdəki çalışmalarla dəyərləndirilməsi tələb olunur və bunun üçün 10-15 il gözləməyimiz lazım ola bilər", - BBC-ə verdiyi açıqlamada Dr. Ahmed bildirib.