Prezident Donald Trump-ın ilk qərarları

Donald Trump Fotonun müəllifi Reuters
Image caption Donald Trump yeni təyinatlarla bağlı sərəncamlarını imazalayıb.

ABŞ prezidenti olaraq ilk addımlarını atan Donald Trump əvvəlki administrasiyadan miras qalmış səhiyyə sisteminə aid sərəncama imza atıb.

Sərəncam Obamacare adı ilə tanınan sığorta proqramı ilə bağlı "tənzimləmənin məhdudlaşdırılmasını" nəzərdə tutur.

Donald Trump həmçinin yeni təyinatlarla bağlı təkliflərini Senata göndərib.

Cümə günü inauqurasiya nitqində Amerikanın sayca 45-ci prezidenti ABŞ maraqlarını hər şeydən üstün tutmağı vəd edib.

Donald Trump-ın seçilməsilə bağlı dünya boyu Qadınlar Yürüşü (Women's March) keçirilir.

Yürüş iştirakçıları yeni admınistrasiya tərəfindən təhlükə altında olduğu iddia edilən irq və gender bərabərliyi məsələlərini diqqət mərkəzində çəkmək niyyətindədirlər.

Fotonun müəllifi EPA
Image caption Sydney şəhərində qadınlar marşına minlərlə adam qatıdlı

Bu barədə daha geniş