Jammeh prezident postundan getməyə razılaşıb

Jammeh Fotonun müəllifi Reuters
Image caption 51 yaşlı Yahya Jammeh prezident postunu 1994-cü ildən tutur.

20 ildən artıq müddət ərzində Qambiya prezidenti postunu tutan Yahya Jammeh mübarizədən imtina edərək vəzifəni seçkilərdə qələbə çalmış Adam Barrow-a ötürməyə hazır olduğunu deyib.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (Ecowas) Yahya Jammeh-nin vəzifədən dərhal getməsini tələb edirdi.

Cənab Cammeh-ə təqdim edilən müvafiq ultimatumun möhləti ötən gün başa çatıb.

51 yaşlı Yahya Jammeh prezident postunu 1994-cü ildən tutur. O, 1965-ci ildən ölkəni idarə edən prezident Dawda Kairaba Jawara devrildikdən sonra hakimiyyətə gəlib.

Fotonun müəllifi Reuters
Image caption Qambiyanın yeni prezidenti Adam Barrow böhranın başa çatdığını deyib.

Ötən ay keçirilən prezident seçkilərindən sonra cənab Jammeh məğlub olduğunu etiraf etsə də, daha sonra seçkilərdə pozuntuların baş verdiyini deyərək vəzifədən getməyəcəyini bildirmişdi.

Ecowas prezident seçkilərində Yahya Jammeh-nin rəqibi olmuş Adam Barrow-nu dəstəkləyir. Cənab Barrow cümə axşamı günü yeni prezident kimi and içib.

Beynəlxalq ictimaiyyət onu prezident seçkilərinin qalibi tanıyır.

Cümə günü Yahya Jammeh istefaya çıxmaq barədə ilk ultimatumu rədd etdikdən sonra Qambiyaya Seneqal və digər Qərbi Afrika ölkələrinin hərbçilərindən ibarət əsgəri qüvvə yeridilib. Ecowas xəbərdarlığında Jammeh-nin hakimiyyətdən zorla uzaqlaşdırılacağını bildirmişdi.

Qambiyanın yeni prezidenti Adam Barrow böhranın başa çatdığını bildirir.

Fotonun müəllifi AP
Image caption Yahya Jammeh istefaya çıxmaq barədə ultimatumu rədd etdikdən sonra Qambiyaya Seneqal qüvvələri yeridilib.

Bu barədə daha geniş