Britaniya mətbuatı: Amerikalılar Trump-ın vergi sənədlərini görmək istəyirlər

Fotonun müəllifi Getty Images
Image caption Seçki kampaniyası zamanı Donald Trump bəyan edirdi ki, onun vergi sənədləri yalnız medianı maraqlandırır.

Amerikalılar Trump-ın vergi sənədlərini görmək istəyirlər

"The İndependent" yazır ki, ABŞ prezidenti Donald Trump-ın öz vergi hesabatını açıqlamasını tələb edən petisiya həlledici 100 min imza hüdudunu keçib.

Petisiyaçıların sayı 100 mini keçdikdən sonra qanuna görə Ağ Ev buna çevik bir şəkildə reaksiya verməlidir.

Ağ Evin internet saytında yerləşdirilmiş petisiyada Donald Trump-ın bütün vergi ödənişləri və gəlir sənədlərinin açıqlanması tələb edilir.

Petisiyada deyilir ki, yeni administrasiyanın misli görünməmiş iqtisadi maraq toqquşmalarına görə Amerika xalqının bütün təfərrüatları bilməsi mühümdür.

Ağ Evin petisiyalar barədə qaydalarına görə imzaçıların sayı 100 mini keçdikdə administrasiya 60 gün ərzində rəsmi məlumat verməlidir.

Cənab Trump seçki kampaniyası ərzində jurnalistlər tərəfindən sıxışdırılsa da vergi sənədlərini açmaqdan boyun qaçırırdı. O gah deyirdi ki, Hillary Clinton-un emailləri açıqlananda bunu edəcək, gah da deyirdi ki, hazırda biznesi audit təftişindədir.

Milyarderin inaqurasiyasından əvvəl aparılmış rəy sorğusu göstərirdi ki, amerikalıların 75 faizi Trump-ın vergi sənədlərini görmək istəyir. Onun tərəfdarlarının da tam yarısı bunu tələb edir.

Milyarder sərmayəçi Warren Buffett deyib ki, audit yoxlması vergi sənədlərinin açıqlanması üçün maneə ola bilməz.

Trump-ın vergi sənədlərinin açıqlanması onun vergiləri ödəyib-ödəmədiyini və Rusiya ilə biznes əlaqələrini üzə çıxara bilər.

Seçki kampaniyası zamanı Donald Trump bəyan edirdi ki, onun vergi sənədləri yalnız medianı maraqlandırır.

Astana görüşü Suriya düyününü açmayacaq

"The Observer" qəzeti yanvarın 23-də Rusiya, Türkiyə və İranın iştirakilə Astanada keçiriləcək Suriya danışıqlarından yazır.

Məqalədə deyilir ki, indi faktiki olaraq Suriya münaqişəsində keyfiyyətcə yeni, yəni Rusiya və hakim Əsəd rejiminə əlverilşli mərhələ yaranıb.

Buna səbəb Suriya müxalifətinin son strateji istehkamı olan Hələb şəhərini itirməsidir.

Rusiya və İran qüvvələrinin dəstəyi ilə Hələbi ələ keçirən Bəşər Əsəd hazırda qalibdir, halbuki hələ 2015-ci ilin sonlarında onun devrilməsi çox yaxın idi.

"The Observer" yazır ki, Donald Trump-ın ABŞ prezidenti seçilməsi Suriya müxalifətinin perspektivlərini daha da azaldıb.

Barack Obama Suriyada əsas etibarilə Suriya rejimi ilə döyüşən mötədil müxalifəti dəstəkləyirdi, Trump-sa əksinə bəyan edib ki, onun başlıca diqqəti Rusiya və Əsədlə birlikdə İslam Dövləti adlanan təşkilatla mübarizə aparmaq olacaq.

Fotonun müəllifi AFP
Image caption Asata görüşü Türkiyə və Rusiyanın birgə təşəbbüsü ilə təşkil edilib

Bununla belə, hazırda Suriyadakı dağıntıların miqyası ciddi narahatlıq doğurur, çünki hətta sülhün bərqərar olacağı şəraitdə belə rejim və Rusiya bu işin maliyyə yükünün altına girə bilməyəcəklər.

Digər tərəfdən indiyədək müxalifətin dəstəkçisi olan Türkiyə artıq Əsədin hakimiyyətdə qalması faktını qəbul etmiş kimi görünür.

Ankara həm də Suriyadakı kürd qüvvələrinin möhkəmlənməsindən narahatdır.

Rusiya Astanada keçiriləcək görüşə son anda Birləşmiş Ştatları da dəvət edib. Bəzi məlumatlarra görə ABŞ bu danışıqlarda müşahidəçi qismində ölkənin Qazaxıstandakı səfiri tərəfindən təmsil olunacaq.

İran ABŞ-ın iştiraklına qarşı çıxır. Tehran bildirir ki, ABŞ indiyədək Suriya münaqişəsində "destruktiv" rol oynayıb.

Yenə də Tehranın təzyiqi ilə bu görüşdə müxalifətin Körfəz müttəfiqləri - Qətər və Səudiyyə də iştirak etməyəcəklər. Onların bu prosesə qoşulması üçün qarşılarına silahlı müxalifətə dəstəyi dayandırmaq şərti qoyulub.

"The Observer" belə bir sual verir: Astana görüşü nəhayət Suriyaya davamlı sülh gətirə biləcəkmi?

"Təəssüf ki, bu danışqlar olsa-olsa yeni danışıqlara doğru kiçicik bir addım olacaq, - yazır "The Observer", - Bunun səbəbi odur ki, danışıq tərəflərinin son məqsədləri bir-birindən tamamilə fərqlənir".

Bu görüşdə Suriya münaqişə səhnəsinin əsas aktyorlarından olan iki kürd qruplaşması da iştirak etmir. Moskva onları dəvət etmək niyyətində idi, lakin Türkiyənin etirazları ilə əlaqədar bir qədər geri çəkilmək qərarına gəlib.

"Sevirəm" demədən də sevmək olar

"The İndependent" qəzetinin daha bir məqaləsi sevənlər və evlilər arasında münasibətlərin möhkəmliyini göstərən iki əsas əlamətə diqqət çəkir.

South Pacific Fiji Universitetinin professoru Robert Epstein bu iki əlamətin nədən ibarət olduğunu açıqlayıb.

Əslində 2013-cü ildə aparılmış elmi təcrübə möhkəm və xoşbəxt bağlılıqların 7 əsas vərdiş və qabiliyyətdən asılı olduğu göstərmişdi.

Bunlar kommunikasiya, yaşayış vərdişləri, özünüidarə, partnyor barədə hərtərəfli məlumatlılıq, seks, stresin cilovlanması və münaqişələrin həlli kimi qabiliyyətlər hesab olunurdu.

Lakin indi professor Epstein bu qərara gəlib ki, xoşbəxt münasibətlərin saxlanması üçün bu 7 vərdişdən ikisi də kifayət edir.

Yeni araşdırma göstərib ki, iki insan arasında bağlılığın iki əsas şərti kommunikasiya qabiliyyəti və partnyor barədə məlumatlığın genişləndirilməsidir.

Bu tamamilə adi bir şey kimi görünə bilər, lakin rəy sorğusunda iştirak etmış 2000 nəfərdən bu iki qrafaya müsbət cavab verənlərin əksəriyyəti həyat və ömür-gün yoldaşından məmnun olduqlarını bildirib.

Alim bu nəticəyə gəlib ki, əslində iki insanı bir-birinə bağlayan bütün başqa şərtlər bu ikisinin üzərində qurulub.

Yaxşı, bəs elmi yox, həyatın öz dilində danışsaq, münasibətlərimizin yaxşı olması üçün nə etməliyik?

Kommunikasiyaya, yəni ikinizin arasındakı söhbətə gəlincə "sən elə həmişə" və ya "sən heç vaxt" sözləri ilə başlayan cümlələrdən qaçın. Bu kimi sözlərlə başlayan cümlələr qarşı tərəf üçün ağrılı olur.

Əvəzində "sən belə edəndə mən özümə qarşı hörmətsizlik hiss edirəm" kimi ifadələrlə danışın.

Belə desəniz partnyorunuz müdafiə mövqeyi tutmağa çalışmayacaq və səhvi varsa, onu anlayacaq.

Bir də əlbəttə ər-arvadın və ya iki sevgilinin bir-birlərini çox yaxşı tanımaları mühümdür.

Söhbət ondan getmir ki, siz onların ən çox xoşuna gələn filmi və ya mahnını yadda saxlayasınız. Əvəzində, onları xoşbəxt edən və sevildiklərini onlara hiss etdirən işlər görün.

Axı bir insana "səni sevirəm" demədən də, sevgini qat-qat aydın şəkildə göstərmək olar.

"The İndependent" diqqəti belə bir məqama çəkir ki, bu "sırf Amerika" konsertində irland rəqqas Michael Flatley oynayacaq, həmin o 'My Way' mahnısının isə orjinalı fransızca yazılıb.

Bu barədə daha geniş