Hindistanın Andra Pradeş qatar qəzasında 36 nəfər həlak olub

Scene of the crash
Image caption Qatar qəzaları Hindistanda nadir hal deyil

Hindistanın Andra Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 36 nəfər həyatını itirib və çox sayda insan xəsarət alıb, rəsmilər deyir.

Qatarın lokomotivi və 8 vaqonu Vizianagaram rayonunda yerləşən Kuneru stansiyasına yaxınlıqda relsdən çıxıb, Şərq Sahili Qatar Yolunun rəhbəri cənab Mishra deyib.

Hal-hazırda qatarın içində qalan insanlar var və xilasedicilər deyirlər ki, ölənlərin sayı arta bilər.

Qatarın relsdən çıxma səbəbi hələ aydın deyil.

Qəzanın baş verdiyi yer Maoist qiyamçıların fəaliyyət göstərdiyi ərazi kimi tanınır.

Cənab Mishra xəsarət alanların yaxınlıqda yerləşən iki xəstəxanaya aparıldıqlarını deyib.

Qəza şənbə günü axşam saatlarında baş verib və milli dəmir yolu sözçüsü Anil Saksena təcili yardım komandalarının bütün gecə xilasetmə əməliyyatı apardıqlarını deyib.

Image caption Qəza nəticəsində vaqonlar əzilib

Hindistanda köhnə və təmirsiz avadanlığın istifadə edildiyinə görə qatar qəzaları nadir hal deyil.

Keçən ilin noyabr ayında şimali Uttar Pradeş ştatında baş vermiş qatar qəzasında 140-dan çox insan həyatını itirmişdi.

Mart ayında Uttar Pradeşdə başqa bir qəzada 39 insan ölmuşdu və 150 nəfər xəsarət almışdı.

Bu barədə daha geniş