Mavriki: Baş nazir Anerood Jugnauth vəzifəsini oğluna ötürəcək

Mauritius' Prime Minister Anerood Jugnauth in 2015 Fotonun müəllifi AFP
Image caption Anerood Jugnauth

Mavrikinin 86 yaşlı baş naziri Anerood Jugnauth istefa verib vəzifəsini oğlu Pravində ötürəcəyini deyib.

Cənab Jugnauth ilk dəfə 1982-ci ildə baş nazir olub və ölkə rəhbərliyinə üçüncü müddətini 2014-cü ildə başlayıb.

Televiziyada yayımlanan çıxışında cənab Jugnauth "daha gənc və dinamik lider" tərəfindən əvəz olunması üçün istefa verəcəyini deyib. Onun oğlu hal-hazırda maliyyə naziridir.

Müxalifət partiyaları bu addımı tənqid etsələr də onun qarşısnı almağa imkanları azdır.

Oğul Jugnauth hakim koalisiyanın ən böyük partiyası Mübariz Sosialist Hərəkatının lideridir.

Sabiq baş nazir Navin Ramgoolam hazırki liderin ailəsinin Mavrikini "banan respublikasına" çevirdiyini xəbərdar edib.

Mavriki Hindistan okeanında yerləşən arxipelaq və Britaniyanın keçmiş müstəmləkəsidir.

Çıxışında cənab Jugnauth "Westminster ənənəsindən" danışaraq addımını Böyük Britaniyada baş nazirliyin David Cameron-dan seçkisiz Theresa May-a keçirilməsi ilə müqayisə edib.

Onun bazar ertəsi günü səhər istefa verməsi gözlənilir.