Yanan avtobusdan uşaqları xilas edən müəllimin öz uşaqları ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şaqirdlər Fransadan Macaristana qayıdırdı

Şimali İtaliyada qəzaya uğrayandan sonra yanan avtobusdan şagirdləri xilas edən müəllim öz uşaqlarını yanğında itirib, rəsmilər deyir.

Qəzada 16 nəfər həyatını itirib və 7 nəfər aldıqları xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Macaristandan məktəb şagirdlərini daşıyan avtobus cümə gecəsi Verona şəhəri yaxınlığında yol kənarındakı sütunla toqquşub.

Gyorgy Vigh avtobusdan bir neçə uşağı çıxarda bilib. Lakin onun 30 yaşlı oğlu və 18 yaşlı qızı ölüblər, Macaristanın Milandaki baş konsulu Judith Timaffy deyib.

Xanım Timaffy həmçinin cənab Vighin yoldaşının da avtobusda sərnişin olduğunu bildirib.

O əlavə edib ki, digər uşaqların valideynləri psixoloqlarla bir yerdə İtaliyaya gəliblər.

Budapeştin Szinyei Merse Pal məktəbində oxuyan şagirdlər Fransada qış tətilini bitirdikdən sonra avtobusla Macaristana qayıdırdılar.

Onların avtobusu A4 avtomagistralından çıxarkən yolkənarı sütunla toqquşub.

Avtobusun avtomagistraldan nə səbəblə çıxdığı hələ bilinmir.

Bədən tərbiyyəsi müəllimi olan cənab Vigh hal-hazırda xəstəxanada yanğın xəsarətlərindən müalicə edilir.

Bu barədə daha geniş