İsrail Obamanın vaxtında təxirə salınmış məskən qərarını təsdiqləyib

Pisgat Zeev, one of the areas that will see new settlement homes Fotonun müəllifi AFP
Image caption Pisgat Zeev, one of the areas in East Jerusalem that will see new settlement homes

İsrailin dəstəkçisi olan ABŞ prezidenti Donald Trump-ın inaqurasiyasından sonra İsrail şərqi Yerusəlimdə (Arəbcə: Qüds) yüzlərlə yeni məskənlərin tikilmə qərarını təsdiqləyib.

Deyilənlərə görə İsrailin baş naziri sabiq ABŞ prezidenti Barack Obamanın məskənlərə müqaviməti qarşısında qərarın təsdiqlənməsini təxirə salmışdı.

ABŞ-ın BMT-də İsrailin məskənlərini tənqid edən qətnaməyə qarşı vetosundan istifadə etməməmsi İsrailin hakim koalisiyasını gəzəbləndirmişdi.

Beynəlxalq qanunla şərqi Yerusəlimdə məskənlərin tikilməsi qadağandır, lakin İsrail bunu təkzib edir.

Nazirlər kabinetinin bazar günü keçirilmiş iclasında baş nazir Benyamin Netanyahu cənab Trumpla bazar günü axşam danışacağını bildirib.

"İsrail-Fələstin məsələsi, Suriyadakı vəziyyət və İrandan təhlükə daxil olmaqla aramızda çoxlu müzakirə ediləcək mövzu var", o deyib.

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Nabil Abu Rdainah "biz İsralinin tikintini təsdiqləmə qərarını şiddətlə qınayırıq" deyib.

Yerusəlim merinin müavini Meir Turgeman AFP xəbər agentliyinə deyib ki: "Mənə Trumpın prezident olmasını gözləməyi demişdilər, çunki onun Yerusəlimdə tikintilərlə problemi yoxdur."

"Donald Trumpın prezident olması ilə oyunun qaydaları dəyişib. Bizım əl-qolumuz artıq Barack Obamanın dövründəki kimi bağlı deyil", o əlavə edib.

Bu barədə daha geniş