Qambiya prezidentilə birlikdə "11 milyon dollar" yox olub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qərb Afrika qüvvələri prezident evinə daxil olarkən Qambiyanını paytaxtı Banculda yüzlərlə insan sevinirdi

Uzun müddətdir ki, Qambiyanın lideri olan Yahya Jammeh ölkəni tərk etdikdən sonra dövlət xəzinəsindən 11 milyon dollar yoxa çıxıb, prezident Adama Barrowun müşaviri deyib.

Mai Ahmad Fatty maliyyə ekspertlərinin yoxa çıxmış məbləği dəqiqləşdirməyə cəhd etdiklərini deyib.

Cənab Jammeh-in ölkəni tərk etdiyi gecə dəbdəbəli avtomobillərin və digər əşyaların Çadın yük təyyarəsinə yükləndiyi görünüb.

Cənab Jammeh 22 il hakimiyyətdə olduqdan sonra şənbə günü təyyarə ilə mühacirətə gedib.

O seçki nəticələrini gəbul etməkdən imtina etmişdi, lakin hərbi müdaxilə təhdidi və regional liderlərin vasitəsi ilə ölkəni tərk etməyə qərar verib.

Fotonun müəllifi Reuters
Image caption Cənab Jammeh Qambiyanı şənbə günü, regional liderlərlə danışıqlardan sonra tərk edib

Prezident Barrow hələ də qonşu ölkə Seneqaldadır və Qambiyaya nə vaxt dönəcəyi aydın deyil.

Lakin onun gəlişinə hazırlıq üçün Qərb Afrika qüvvələri Qambiyanın paytaxtı Bancula bazar günü daxil olublar.

Dövlət Evinin qarşısında yığılan izdiham binanın əsgərlər tərəfindən nəzarətlə alınmasını sevinclə qarşılamışdı.

Beş Afrika ölkəsinin birgə qüvvəsini idarə edən seneqallı general onların "əhalinin təhlükəsizliyini təmin etmək və cənab Barrowun vəzifəsini icra etməsinə şərait yaratmaq üçün strateji nöqtələri" idarə etdiklərini deyib.

Cənab Fatty Senqalın paytaxtı Dakarda jurnalistlərə Qambiyanını maddi qalmaqalda olduğunu deyib.

"Dövlət xəzinəsi demək olar ki, boşdur", o deyib.

"Bu, maliyyə nazirliyinin və Qambiya Mərkəzi Bankının mütəxəssisləri tərəfindən təsdiqlənib".

Fotonun müəllifi Reuters
Image caption Adama Barrow, (ortada) cənab Jammeh-in prezientlik dövründə baş vermiş insan hüquqları pozuntularını araşdıracağını deyib

O deyib ki, cənab Jammeh son iki həftə ərzində ölkədən 11 milyon dollar çıxara bilib. BBC bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib.

Cənab Fatty deyib ki, rəsmilərə Qambiyanını əsas aeroportundan cənab Jammeh-in əşyalarının ölkədən çıxarılmasına imkan verməmələrinə dair göstəriş verilib.

Bəzi mənbələr deyirlər ki, sabiq liderin bəzi əşyaları onun müharicətə səyahəti yolunda fasilə üçün dayandığı Qvineyaya aparılıb.

Cənab Jammeh-in artıq Ekvatorial Qvineyada olduğu deyilir, lakin rəsmilər bunu təsdiqləməyib.

Sabiq lider əvvəl cənab Barrow-un 1 dekabr seçki gələbəsini gəbul etdiyini desə də, o sonra seçkidə qanun pozuntularını baş verdiyini iddia edərək yeni seçkilərin keçirilməsini tələb edib və istefa etməyib.

Bu hərəkət beynəlxalq cəmiyyət tərəfindən tənqid edilmişdi və nəticədə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dəstəklənən Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB və ya ECOWAS) ona könüllü şəkildə istefa vermək ultimatumunu vermişdi.

Bu barədə daha geniş