Samsung: Galaxy Note 7-nin partlama səbəbi qüsurlu batareyadır

Samsung Smartfonu Fotonun müəllifi AFP
Image caption Galaxy Note 7 rəsmən 2016-cı ilin avqustunda satışa buraxılıb

Cənubi Koreyanın Samsung şirkəti bəyan edib ki, Galaxy Note 7 smartfonlarında baş verən coxsaylı partlamalara səbəb qüsurlu batareyadır, hansı ki, həddən artıq qızdıqda yanmaya gətirib çıxarır.

Şirkətin məlumatında bildirilir ki, Samsung mütəxəssisləri səhvə görə məsuliyyəti öz üzərinə götürürərək smartfonlar üçn batareya istehsalı prossesində dəyişikliklər etmək niyyətindədirlər.

"Biz bu hadisələrin təkrarlanmamasını təmin etmək üçün bəzi tədbirlər görmüşük ", - deyə məlumatda bildirilir.

Rəsmən 2016-cı ilin avqustunda satışa buraxılan Galaxy Note 7 smartfonu Galaxy Note 5-in davamçısı sayılır.

Ötən ilin sentyabr ayında Samsung şirkəti 2,5 milyon smartfonun bu modelini satışdan geri çağırıb. Buna smartfonların bir neçə dəfə partlaması və yanması səbəb olub.

Baş verən hadisələr nəticəsində ABŞ rəhbərliyi və digər ölkələr təyyarənin bortunda Galaxy Note 7 -dən istifadəni qadağan etmişdi. Analoji qadağaları böyük avia şirkətlər, o cümlədən "Aeroflot" da qəbul etmişdi.

Bu modellərin partlamasından sonra Samsung şirkəti onların satışının dayandırılmasını elan etdi.

Şirkətin qiymətləndirməsinə görə smartfonlarla bağlı yaranan problem onlara 5,3 milyard dollar ziyan vurmaqla yanaşı, şirkətin nüfuzuna da ciddi zərbə vura bilər.

Bu barədə daha geniş