İngiltərə: Dumana görə uçuşlar təxirə salınıb

Heathrow hava limanı dumana görə uçuşları təxirə salıb Fotonun müəllifi PA
Image caption Heathrow hava limanı dumana görə uçuşları təxirə salıb

Londonun Heathrow hava limanı 100 uçuşu təxirə salıb. London City aeroportu 65, Gatwick isə doqquz uçuşu təxirə salıb.

Londonun digər iki aeroportu - Luton və Stansted isə hələ ki, heç bir uçuşu təxirə salmayıb.

London, cənub-qərbi və cənub-şərqi İngiltərədə duman ilə bağlı xəbərdarlıq qüvvədədir.

Fotonun müəllifi GrahamD / Weather Watchers
Image caption Sürücülər dumandan əziyyət çəkir

Meteorologiya İdarəsi "qalın soyuq duman" olacağı barədə xəbərdarlıq edib. Soyuq havanın günortadan sonra da davam edəcəyi gözlənilir.