Ecclestone F1-in icraçı direktoru vəzifəsindən çıxarılıb

Берни Экклстоун Fotonun müəllifi Getty Images
Image caption Bernie Ecclestone

Formula One Group təşkilatının 8 milyard dollara alınmasını yekunlaşdırdıqdan sonra, Amerikanın Liberty Media şirkəti, Bernie Ecclestone-u Formula 1 icraçı direktoru vəzifəsindən çıxarıb.

Formula 1 yarışına 40 ilə yaxın rəhbərlik edən 86 yaşlı cənab Ecclestone fəxri sədr təyin edilərək idarə heyətində müşavir olacaq.

Formula One Group-un sədri Chase Carey öz vəzifələrinə Ecclestone-nun əvvəlki baş icraçı direktor vəzifəsini əlavə edib.

Bazar ertəsi Ecclestone vəsifəsindən "məcburən uzaqlaşdırıldığını" və yeni vəzifəsinin nədən ibarət olduğunu anlamadığını bildirib.

Formula One Group-un satılmasını yekunlaşdırdıqdan sonra Liberty Media təşkilatı öz adını rəsmən Formule One Group-a dəyişdirəcək.

Liberty Media həmçinin Mercedes komandasının keçmiş başçısı Ross Brawn-u Formula 1-ə qaytarıb və onu Formula 1-in sport direktoru vəzifəsinə təyib edib.

Liberty Media Formula 1-i alacağını keçən ilin sentyabr ayında elən etmişdi və payızda Bernie Ecclestone-un vəzifəsində qalacağını vəd etmişdi.

Bernie Ecclestone karyerasını sürücü kimi başlayıb və daha sonra sürücülər üçün şəxsi menecer olub.

Fotonun müəllifi Getty Images
Image caption Bernie Ecclestone-un Azərbaycan, Rusiya və Bəhreyn kimi ölkələrdə F1 yarışlarını keçirmək qərarı mübahisələr yaradıb

Brabham yarış komandasının direktoru təyin edildikdən sonra, Ecclestone 70-ci illərdə televiziyalar hakimiyyətlər və yarış trekləri ilə danışıqlarda öz həmkərlarının təmsilçisi kimi iştirak etməyə başlayıb.

Bu vəzifədə o Formula 1-i kiçik sport növündən Olimpiya Oyunları və futbol üzrə Dünya Kubokundan sonra ən böyük televiziya idma şousuna çevirib.

80-ci illərdə Brabham komandasını satdıqdan sonra, o karyerasını tamamilə idarəçiliyə həsr etdi.

90-cı illərdə Formula 1 komandalarından kommersiya hüquqlarını alıb və 2000-ci ildə Beynəlxalq Avtomobil Federasiyasının o vaxtki sədri Max Mosleyə 360 milyon dollara 110 ilə kirayə verib.

Bu müqavilə nəticəsində Almaniyada korrupsiya ilə ittiham edilən cənab Ecclestone 100 milyon dollar ödədikdən sonra ona qarşı irəli sürülən ittihamlar geri götürüldü.

Son illərdə trek sahiblərindən həddindən çox pul tələb etməklə ittiham edilən cənab Ecclestone Formula 1 yarışını dünyanın ən böyük sportlarından birinə çevirib.

O həmçinin hakimiyyətləri insan hüquqları pozuntuları ilə ittiham edilən Bəhreyn, Rusiya və Azərbaycan kimi ölkələrdən nəhəng məbləğlər əvəzinə yarış keçirdiyinə görə tənqidlərlər üzləşib.

Bu barədə daha geniş