La La Land “Oskar” mükafatına namizəd nominasiyaların sayına görə lider oldu

"Oskar" Fotonun müəllifi AFP

Los-Angelesdə Amerikanın "Oskar" kino mükafatına namizədlərin elan edilməsi mərasimi baş tutub. Nominasiyaların sayına görə Danien Chazellenin La La Land musiqili filmi lider olub. Belə ki, film 14 nominasiya qazanıb.

8 nominasiya əldə edərək ikinci yeri tutan filmlərdən biri Deni Villeneuve-in fantastik "Gəlmə" və digəri isə Barry Jenkinsin "Ay işığı" filmi olub.

"Oskar"a namizəd digər filmlər arasında "ən yaxşı film" nominasiyasında Garth Davisin "Aslan", Kenneth Lonerganın "Manchester sahilində", Denzel Washingtonun "Divarlar", Mel Gibsonun "Vicdan sahibi", David Mackenzienin "Nəyin bahasına olursa olsun" və Teodore Melfinin "Gizlin fiqurlar" filmləri də var.

"Ən yaxşı kişi" rolu nominasiyasına namizdlər isə Casey Affleck (Manchester sahilində), Andrew Garfield (Vicdan sahibi), Ryan Gosling (La-La-Land), Viggo Mortensen (Fantastik kapitan) və Denzel Washingtondur (Divarlar).

"Ən yaxşı qadın" rolu nominasiyasında İsabelle Huppert (O), Natalie Pirtman(Jackie), Ruth Negga (Sevmək), Emma Stoune (La La Land), və Meryl Streep (Florence Foster Jankins) mübarizə aparacaqlar. Meryl Streep üçün bu artıq 12-ci nominasiyadır.

"Ən yaxşı rejissor" nominasiyasında isə La La Landin rejissoru Danien Chazelle, "Gəlmə"nin rejissoru Deni Villeneuven, "Vicdan sahibin" rejissoru Mel Gibson, "Ay işığı" nın rejissoru Barry Jenkins və "Manchester sahilində" filminin rejissoru Kenneth Lonergan var.

"Oskar" sahiblərinin adları fevralın 26-da məlum olacaq. 89-cu mükfatlandırma mərasimi Los-Angelesdə Dolby teatrında baş tutacaq və ABC telekanalı ilə 225 ölkədə yayımlanacaq.

Bu barədə daha geniş