Michael Jackson-un qızı əmindir ki, atasını öldürüblər

Fotonun müəllifi Getty Images
Image caption Atası vəfat edəndə 11 yaşı olan Paris Jackson ehtimaı edir ki, ictimaiyyət əhvalatın bir hissəsinə bələddir.

Pop-ulduz Michael Jackson-un qızı Paris Jakson hesab edir ki, atasını öldürüblər, və onun ölüm nədəni, rəsmi versiya üzrə deyildiyi kimi artıq dozada ağrıkəsici preparatın qəbul etməsi olmayıb.

Rolling Stone jurnalına müsahibəsində 18 yaşlı Paris Jackson atasının ölümünün "gizli hazırlanmasında" əmin olduğunu bildirib.

Rəsmi versiyaya görə, Jackson 25-i iyun 2009-cu ildə artıq dozada qəbul etdiyi propofol adlanan güclü keyikdirici preparatdan ölüb.

Jackson-un həkimi Conrad Murray 2011-ci ildə qətl maddəsi üzrə 4 il müddətinə həbs edilmiş, lakin cəza müddətinin yarısı keçdikdən sonra azadlığa buraxılmışdı.

Murray-ın müdafiəsi Jacksonun propofola narkotik assılılığı olduğunu və həkim olmayan vaxtda özbaşına artıq doza qəbul etdiyini iddia edirdi.

Atası vəfat edəndə 11 yaşı olan Paris Jackson ehtimaı edir ki, ictimaiyyət əhvalatın bir hissəsinə bələddir. Onun sözlərinə görə, atası işarə edirmiş ki, kimsə onu öldürə bilər.

"O hərdən deyirdi: Bir vaxt məni öldürəcəklər", - pop-ulduzun qızı söyləyib.

Pais Jakson atasının öldürüldüyünə əmin olduğunu deyib.

"Çünki bu, aşkardır. Hər şey ona işarə edir. Bu, bir sui-qəsd nəzəriyyəsidir... lakin onun bütün pərəstişkarları və ailə üzvləri bunu bilirlər. Bu [ölüm] düzəldilmiş olub", - Paris Jakson deyir.

18 yaşlı Paris Jackson-un sözlərinə görə, çoxları atasının ölümünü arzulayırdı, və indi onları məsuliyyətə cəlb etmək üçün o [Paris Jakson], "şahmat gedişləri axtarmaqdadır".

Michael Jackson-un üç uşağı qalıb: qızı Paris və iki oğlu - Michael Joseph Jackson və Prince Michael Jackson II.

Paris Jackson-un müsahibəsi Rolling Stoune dərgisində dərc edildikdən sonra o, sosial şəbəkələrdə yazıb ki, öz sözlərini şərh etməyəcək.

"Kiminsə sualı varsa, oxuyun [Rolling Stoune jurnalındakı müsahibəni]. Orada hər şey büllur kimi aydındır", - Paris Jackson Twitter-də bildirib.