İsveçdə kütləvi zorlama Facebook Live vasitəsilə yayımlanıb

Facebook Fotonun müəllifi AFP
Image caption Facebook istifadəçilərinə bir düyməyə basmaqla istənilən hadisəni real vaxtda yayımlaq imkanı verir

İsveçin Uppsala şəhər sakinini zorlamaqda şübhəli bilinən 3 nəfər həbs olunub. Zorlanma hadisəsi Facebook-dan canlı yayımlanıb.

Uppsala polisinə səhər tezdən zəng vuran xanım Facebook-dakı bağlı qrupda kütləvi zorlanma hadisəsini canlı izlədiyini bildirb. Onun sözlərinə görə, sonda kişilərdən biri gülərək qadına "sənə təcavüz etdilər" deyib. İsveç polisi əməkdaşlarının bu lent yazısını Facebookda tapdıqlarını və bir çoxunun bunu gördüyünü təsdiqləyib.

Məlum olduğu kimi, Facebookdakı belə bağlı qrupların on minlərlə üzvü olur.

Polisin yaydığı məlumata görə, Uppsaladakı mənzillərdən birində yaşları 19-25 arası olan 3 kişi və bir qadın aşkar edilib. İsveç mətbuatının yazdığına görə qadın huşsuz vəziyyətdə olub. Kişilər dərhal həbs olunub.

İsveç polisi hazırkı mərhələdə həbs edilənlərin vətəndaşlığı və mənşəyi barədə məlumat verməyib.

Polisi hadisə yerinə Josefina Lundgren adlı xanım çağırıb. İsveçin "Expressen" adlı sarı mətbuatına müsahibə verən xanım kişilərdən birinin xanımı soyundurduğunu gördüyünü bildirb. Onun sözlərinı görə, kişilərdən birinin əlində tapança olub.

Facebook Live eyni anda canlı yayıma ne qədər insanın baxdığını göstərir. J. Lundgrenin sözlərinə görə zorlanma səhnəsini 60-dan çox insan izləyib. Digər məlumatlarda isə izləyənlərin 200-dən artıq olduğu bildirlilir.

Hadisənin digər şahidi isə mətbuata açıqlamasında izlədiyi ikinci videoda xanım, kimsənin ona təcavüz etmədiyini bildirib. Lakin mətbuatda aparılan müzakirələrdə xanımın buna məcbur edilib-edilmədiyi müzakirə olunur.

İsveçin SVT kanalının verdiyi məlumata görə polislər hadisə yerinə gələn zaman kişilər ikinci videonu çəkirmişlər.

Canlı efirdə cinayət

Facebook canlı bağlantı funksiyasını 2015-ci ilin sonunda təqdim edib. Bu funksiya hazırda hadisə yerindən canlı məlumat vermək üçün informasiya təşkilatları tərəfindən tez-tez istifadə olunur. Lakin bu funksiyanın köməyilə internetdə cinayət və zorakılıq hadisələri yayılmağa başlayıb.

Yanvar ayının əvvəlində Chicago şəhərində 4 nəfərə qarşı cinayət işi qaldırırlıb. Onlar ruhi xəstə olan insanı necə ələ salmaları barədə Facebookda canlı görünütülər yayımlamayıblar.

Image caption Antonio Perkins Facebookda canlı yayımda güllələnib

2016- cı ilin iyunda da ABŞ-ın Minnesotta ştatının Saint Paul şəhərində Antonio Perkinsin güllələnməsi Facebookda canlı yayımlanmışdı.

Bundan sora şirkət canlı yayım və digər məzmunlu funksiyaları bir daha nəzərdən keçirəcəyini bəyan edib.

Facebook nümayəndələrinin sözlərinə görə, bu funksiya yalnız zorakılıq səhnələrini əks etdiyi üçün ləğv edilməyəcək. Bu funksiya yalnız o zaman ləğv edilə bilər ki, ondan qurbanını ələ salmaq və zorakılığı təbliğ etmək üçün istifadə olunsun.

Facebook bildirib ki, şübhəli mövzu barədə 24 saat çalışan xüsusi komandasına məlumat vermək lazımdır. Belə ki onlar, canlı yayımların şirkətin qaydalarına zidd olmasına qərar versələr yayımı dayandıra bilərlər.

Lakin istifadəçilərin sözlərinə görə, Chicagoda baş verən işgəncə hadisəsi yarım saat davam edib və Facebook administrasiyası dayandırana qədər bunu minlərlə insan izləyib.

Bu barədə daha geniş