Ayaqyolu əvəzinə çəllək istifadə edən şagird 1,3 milyon təzminat qazandı

Patrick Henry Lisesi, San Diego, California. Fotonun müəllifi Google

ABŞ-ın California ştatındakı məktəblərdən birində 5 il əvvəl baş verən hadisə şagirdin qələbəsiylə nəticələnib. Belə ki, dərs zamanı müəllimdən ayaqyoluna getmək üçün izn istəyən şagirdin istəyi rədd edilib və ona əvəzində çəlləkdən istifadə etmək təklif olunub.

Keçmiş şagird məktəb əleyhinə qaldırdığı iddianı qazanıb.

Məhkəmə heyəti şagirdə 1,25 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarıb. Ayaqyoluna getmək yerinə, çəlləkdən istifadə edilməsi təklifindən sonra ədəbsiz mesajlar aldığını, bunun onu depresiyaya saldığını və hətta intihar cəhdinə sürüklədiyini söyləyən şagird Patrick Henry High School adlı məktəbə 25 min dollarlıq təzminat iddiası qaldırıb.

San Diego Məktəb Birliyinin məktəbi təmsil edən vəkilləri isə müəllimin tez-tez istənən ayaqyolu istəyinin alternetiv həllini tapmağa çalışdığını söyləyib. Məktəb bununla müəllimin şagirdi təhqir etməyə çalışmadığını da bildirib.

Müəllimin vəkili Katherin Martin də "müvəkkilim bunun yaxşı fikir olduğu düşüncəsiylə bir anlıq səhv qərar verdib" deyib.

İddiaçı xanım isə deyir ki, müəllim Gonja Wolf 25 dəqiqə davam edən bir dərsdə ayaqyoluna getməyə icazə verməyib.

Onun sözlərinə görə, müəllim qonşu otaqadakı çəlləkdən istifadə etməyi və sonra onu ayaqyoluna boşaltmağı söyləyib. Wolf 25 dəqiqəlik dərslərdə ayaqyoluna getməyin qadağan edildiyini düşünürmüş.

Şagirdin vəkili Brian Watkins isə məhkəmə zamanı "14 yaşlı bir qızın belə bir şeyi yaşamaması lazım idi" deyib. Müvəkilinin digər şagirdlər tərəfindən narahat edildiyini bildirən vəkil onun məktəbi iki dəfə dəyişdirməyə məcbur olduğunu bildirib.

Vəkil yaşağı hadısənin yan fəsadlarını aradan qaldırmaq üçün şagirdin psixoloji köməyə ehtiyacı olmasına da diqqəti yönəldib.

Məhkəmə heyəti isə 1,25 milyon dollara əlavə olaraq tibbi xərclərn qarşılanması üçün 41 min dollar da əlavə ödənilməsi barədə qərar çıxarıb.

Ödənişli məzuniyyətə buraxılan müəllim isə bir daha məktəbə qayıtmayıb. Məktəb isə şagirddən və onun anasından üzr istəyib. Bundan başqa məktəb artıq şagirdlərə ayaqyoluna getmək icazəsi verildiyini açıqlayıb.

Məhkəmənin qərarından narazı qalan San Diego Məktəblər Birliyi Apelyasiya Məhkəməsinə müraciət edib-etməmək barədə qərarını gələn həftə verəcək.