Avstraliya Açıq çempionatı: Roger Federer Rafael Nadal-a qalib gələrək 18-ci Böyük Dəbilqəsini qazandı

Roger Federer Fotonun müəllifi Getty Images
Image caption Federer Avstraliya Açıq titulunu son dəfə 2010-cu ildə qazanıb

Roger Federer 18-ci Böyük Dəbilqə titulunu Avstraliya Açıq turnirində qazanıb. Bu, son beş il ərzində onun qazandığı ilk tituldur.

Federer köhnə rəqibi Rafael Nadal-a qarşı bu matçda 6-4 3-6 6-1 3-6 6-3 hesabı ilə qələbə qazanıb.

35 yaşlı idmançı dünyanın ən uğurlu tennisçisi sayılır.

30 yaşlı Nadal isə 14 Böyük Dəbilqə titulu ilə Pete Sampras ilə birlikdə 2-ci yerdədir.

Federer ötən ilin iyul ayından bəri turnirlərdə iştirak etməyib deyə bu, daha da gözlənilməz və təsirli bir qələbədir.

Federer və Nadal arasında Böyük Dəbilqə finalları

2006: Roland Garros - Nadal qalib gəldi 1-6 6-1 6-4 7-6 (7-4)

2006: Wimbledon - Federer qalib gəldi 6-0 7-6 (7-5) 6-7 (2-7) 6-3

2007: Roland Garros - Nadal qalib gəldi 6-3 4-6 6-3 6-4

2007: Wimbledon - Federer qalib gəldi 7-6 (9-7) 4-6 7-6 (7-3) 2-6 6-2

2008: Roland Garros - Nadal qalib gəldi 6-1 6-3 6-0

2008: Wimbledon - Nadal qalib gəldi 6-4 6-4 6-7 (5-7) 6-7 (8-10) 9-7

2009: Roland Garros - Nadal qalib gəldi 7-5 3-6 7-6 (7-3) 3-6 6-2

2011: Roland Garros - Nadal qalib gəldi 7-5 7-6 (7-3) 5-7 6-1

2017: Avstraliya Açıq - Federer qalib gəldi 6-4 3-6 6-1 3-6 6-3

Əlaqəli mövzular