ABŞ Yəməndəki əl-Qaidə bazasına zərbə endirib

Pilotsuz Reaper təyyarəsi Fotonun müəllifi AFP

ABŞ əl-Qaidənin mərkəzi Yəməndəki istinadgahına zərbə endirərək 14 döyüşçünü öldürüb, ordunun məlumatında deyilir.

Bir nəfər ABŞ əsgəri ölüb, üç əsgər yaralanıb.

Əl-Baidə vilayətində həyata keçirilən əməliyyatda bir neçə Apache helikopterinin iştirak etdiyi bildirilir.

Yakla vilayətində təxminən 45 dəqiqə davam edən döyüşdə ölənlər arasında üç əl-Qaidə liderinin olduğu bildirilir.

ABŞ-ın pilotsuz təyyarələri Yəməndəki əl-Qaidə qrupuna qarşı vaxtaşırı hücumlar həyata keçirib.

Yerli hakimiyyət rəsmisi demişdi ki, helikopterlər xəstəxananı, məktəbi və məscidi hədəfə almışdı.

Bu, Prezident Donald Trump-ın hakimiyyətə gəlməsindən bəri ilk belə reyddir.

Əlaqəli mövzular

Bu barədə daha geniş