Prezident Trump-ın Britaniyaya rəsmi səfərinə qarşı petisiyanı yüz minlərlə adam imzalayıb

London, 21 yanvar 2017 Fotonun müəllifi AFP/Getty
Image caption Prezident Trump-ın andiçməsindən bir gün sonra, yanvarın 21-də yüz minlərlə adam mərkəzi Londonda ona qarşı yürüşdə iştirak edib

Donald Trump-ın immiqrasiyanı məhdudlaşdıran sərəncamından sonra yüz minlərlə adam Prezident Trump-ın səfərinə qarşı petisiyanı imzalayıb.

Petisiya 350 000-dən çox imza toplayıb deyə onun Parlamentdə müzakirəsi mümkündür.

Rəsmi səfərin planlaşdırıldığı, Theresa May-in ABŞ-a səfəri zamanı elan olunub, lakin hələ səfərin nə vaxt baş verəcəyi bilinmir.

Downing Street sözçüsü səfərin ləğv olunmasına çağırışlara münasibət bildirərkən deyib: "Biz dəvət etdik və dəvət qəbul olundu".

Britaniyanın müxalifətçi siyasətçiləri hakimiyyəti dəvətə görə kəskin tənqid edib.

London meri Sadiq Khan deyib ki, prezidentin sərəncamı qüvvədə qalarkən bu səfər baş tutmamalıdır.

Fotonun müəllifi Getty Images
Image caption Theresa May bu həftə Prezident Trump ilə görüşüb və mətbuat konfransı zamanı deyib ki, cənab Trump Birləşmiş Krallığa səfərə dəvət olunub

Bu barədə daha geniş