Toyotanı keçən Volkswagen dünyanın ən çox avtomobil satan şirkəti oldu

Volkswagen marka araçlar Fotonun müəllifi EPA

Almaniyanın avtomobil nəhəngi Volkswagen yapon rəqibi Toyotanı keçərək ilk dəfə dünyanın ən çox maşın satan şirkəti oldu.

Son 4 ildə ən çox avtomobil satan titulunu əlində saxlayan Toyota, 2016-cı ildə dünya üzrə 10 milyon 175 min maşın, Volkswagen isə 10 milyon 310 min maşın satıb.

Alman avtomobil nəhəngi tullantı sınaq testlərində hiylə işlətdiyinə görə göstərilən reaksiyalara və buna görə ona qarşı qaldırılan bir çox iddialara baxmayaraq bu satış rəqəmini əldə etməyə nail olub.

Audi, Porche və Skoda markalarının istehsalçısı olan Volkswagen Çindən gələn təlabat sayəsində satışlarını 3,8 faiz artırıb.

Şirkət digər bazarlarda da üstünlüyü ələ keçirməyə başlayıb. Belə ki, Volkswagen-in Golf modeli İsveçdə ən məhşur avtomobil seçilib.

50 ildən sonra ilk dəfədir ki, Volvo ölkənin ən çox avtomobil satan şirkəti titulunu qazana bilməyib.

ABŞ avtomobil sənayesində yavaşlamadan təsirlənən Toyota satışını 0,2 faiz artırıb.

General Motors ötən ilin satışlarını gələn həftə açıqlayacaq. Lakin satışların həm Volkswagendən, həm də Toyotadan geri qalacağı gözlənilir.

Bu barədə daha geniş